Aksiya iştirakçıları prezident Əli Abdulla Salehin istefasını tələb edir
Bu gün minlərlə yəmənli cümə namazından sonra prezident Əli Abdulla Salehin istefası tələbi ilə nümayiş keçirib. Prezidentin iyun ayından bəri müalicə üçün getdiyi Səudiyyə Ərəbistanında olmasına baxmayaraq, o hələ də dövlət başçısı vəzifəsini icra edir. Paytaxt Sanaada nümayişçilər prezident əleyhinə şüarlar səsləndirib. Əli Abdulla Saleh müavininə böhranın həlli məqsədi ilə müxalifətlə danışıqlar keçirmək səlahiyyəti verib. Körfəz Əməkdaşlığı Şurası aprel ayında hökumət əleyhinə hərəkata son qoyulması üçün plan təklif etmişdi. Üç dəfə planla razılaşdığını bildirən prezident heç vaxt vədinə vədinə əməl etməyib. Associated Press Səudiyyə rəsmilərinə istinadən Salehin Yəmənə qayıtmayacağını bildirir.