Minlərlə Misirli qızmar havada nümayişə çıxıb

  • Amerikanın səsi

Minlərlə Misirli qızmar havada nümayişə çıxıb

Minlərlə adam boğucu istiyə baxmayaraq Qahirənin Təhrir meydanında toplaşaraq hökuməti islahatları sürətləndirməyə çağırıblar.

Bəzi fəallar artıq bir həftədir ki, çadırlarda düşərgə salıblar.

Qərbin xəbər agentliklərinin məlumatına görə Misirin ən mütəşəkkil siyasi qrupu kimi tanınan Müsəlman Qardaşları nümayişdə iştirak etmirlər.

Dünən Daxili İşlər Nazirliyi 600 polis zabitini işdən xaric edib. Nazirlik bu addımı sabiq prezident Hüsni Mübarəkin rəhbərliyi zamanı xalqa qarşı repressiyadan narazı olan nümayişçilərin tələblərinə cavab olaraq atıb.