Partlayış Azərbaycanın işğal altında olan ərazisində baş verib. Nəticədə mal qarasını axtaran şəxs ölüb və cəsədi erməni tərəfdə qalıb
Oktyabrın 6-da Azərbaycanın Qazax rayonu Quşçu Ayrım kənd (Bakıdan 500 kilometr qərbdə) sakini Vəzir Əliyev, Alpoud kənd sakini Xəqani Məhərrəmov və Qazax rayon sakini Əli Əliyev itmiş mal-qaralarını axtarmaq məqsədi ilə rayonun işğal olunmuş Aşağı Əksipara kəndinin ərazisinə keçib və orada minaya düşüb.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatına görə, baş vermiş partlayışdan sonra Əli Əliyev öldüyündən meyiti həmin ərazidə qalıb, xəsarət alan X.Məhərrəmov və V.Əliyev isə ərazidən çıxa bilib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.