Meksika rəsmilərinin bildirdiyinə görə, ölkənin Noqales bölgəsi ilə Arizona ştatı arasında tunel aşkar edilib. Tunel Birləşmiş Ştatlara aparan drenaj sisteminə qazılıb. Həmin tuneldən narkotik və insan qaçaqmalçılığı üçün istifadə edildiyi guman edilir. Tunel aşkar edildiyi zaman kiminsə həbs edildiyi barədə məlumat verilməyib.
Frans Press xəbər agentliyinin məlumatında bunun Meksika ilə Birləşmiş Ştatlar arasındakı sərdəddə 31-ci tunel olduğu deyilir.