ABŞ Dövlət Departamenti 2010-cu ildə dünyada terrorizmə qarşı mübarizəyə dair ənənəvi illik hesabatını açıqlayıb. Azərbaycana həsr olunan bölmədə deyilir ki, ölkə Qafqaz vasitəsilə adamları, pul və materialları keçirməyə cəhd göstərən terrorçu təşkilatlara qarşı fəal mübarizə aparır. Terror fəaliyyətinin məhdudlaşdırılmasında müəyyən uğurlar əldə olunub. Hüquq-mühafizə orqanları ölkədə fəaliyyət göstərən terrorçu qrupların təqib olunmasını davam etdirir. Belə ki, 2009-cu ilin oktyabrında Bakı məhkəməsi iki nəfər Livan vətəndaşını - Əli Mühəmməd Karaki və Əli Hüseyn Nəcməddini 15 il azadlıqdan məhrum edib. Dörd nəfər Azərbaycan vətəndaşı 14 il müddətinə azadlıqdan məhrum edilib. “Hizbollah” və İran dairələri ilə əlaqəsi olan bu qrup İsrailin Bakıdakı səfirliyinə hücum planlaşdırıb. Lakin livanlılar dəyişdirilərək 2010-cu ilin avqustunda 12 nəfər digər İran vətəndaşı ilə birgə İrana deportasiya olunublar.
Azərbaycan hökuməti çirkli pulların yuyulması və terrorizmə qarşı mübarizənin maliyyələşdirilməsi haqqında qanun tətbiq edir. Maliyyə kəşfiyyatı qurumu yaradılıb. Oktyabrda Mərkəzi Bank bu sahədə beynəlxalq standartları qəbul edib və işlərin yaxşılaşdırılması üzrə planı Avropa Şurasına təqdim edib. ABŞ bu, istiqamətdə fəaliyyətin yaxşılaşdırılması məqsədilə Azərbaycanla əməkdaşlıq edir. Sentyabrda Azərbaycan və Rusiya dövlət sərhədlərinin demarkasiyası haqqında saziş imzalayıb. Noyabrın 18-də Azərbaycan qaçaqmalçılıq, narkobiznes, mütəşəkkil cinayətkarlıq və terrorizmə qarşı mübarizə məqsədilə Xəzəryanı ölkələrlə təhlükəsizlik üzrə saziş imzalayıb.
2009-cu ilin oktyabrında Bakı məhkəməsi iki nəfər Livan vətəndaşını - Əli Mühəmməd Karaki və Əli Hüseyn Nəcməddini 15 il azadlıqdan məhrum edib. Dörd nəfər Azərbaycan vətəndaşı 14 il müddətinə azadlıqdan məhrum edilib.