Məhsa Mehdili Amerikanın Səsinə müsahibədə deyir ki, İran İslam Respublikasının Qarabağ siyasəti İran Azərbaycanında həm milli vətən anlayışı həm də milli kimlik şüurunun güclənməsinə səbəb olur.
Your browser doesn’t support HTML5
Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilməkdə olan Qarabağa dəstək mitinqlərində İslam Respublikasının “Ermənistanı himayə etməsinə” etiraz olaraq şüarlar səsləndirilir.
Qarabağda baş verənlərdən sonra həm mərkəzi hakimiyyət həm müxaliflərin sərgilədiyi mövqe sayəsində türklük şüuru və Azərbaycan vətən anlayışı daha da güclənir.
Məhsa Mehdili İran Azərbaycanında toplumun geniş sinif və təbəqələrinin bu aksiyalara qatıldığını ifadə edir.
“Bu etirazların bir neçə ortaq nöqtəsi var. Birincisi bu ki, bütün bu etirazlarda İranın Ermənistanı dost və qardaş olaraq elan etməsinə və əlaqələrini buna görə tənzimləməsinə ciddi bir etiraz var. Başqa bir məsələ, Azərbaycan ordusuna geniş bir dəstək var. Ayrıca, konkret olaraq görürük ki, dəstək mesajları verənlər özlərini Azərbaycanın bir parçası olaraq görürlər. Qarabağ problemini öz əsas məsələlərindən biri olaraq görürlər,” o, söyləyir.
SEE ALSO: Təbrizdə keçirilən aksiyada İran-Ermənistan sərhəd məntəqəsinin qapadılması tələb edilibSiyasi fəal əlavə edir, “İran hökümətinin uzun illərdir toplumumuzun həssasiyyətlərini nəzərə almadan Ermənistanla dostca və qardaşca əlaqə qurması böyük bir incikliyə səbə olub.”
İran hakimiyətinin istər Türkiyə, istər Azərbaycana qarşı mövqeyinə baxanda görmüşük ki, içindəki Azərbaycan və türk potensialını nəzərə alaraq düşməncə davranıb.
Onun fikrincə, İran höküməti Türkiyə və Azərbaycan Respublikası ilə bağlı siyasətini “İrandakı türklər və Güney Azərbaycan məsələsini nəzərə alaraq” tənzimləyir.
“İran hakimiyətinin bugünə qədər istər Türkiyə, istər Azərbaycana qarşı mövqeyinə baxanda görmüşük ki, içindəki Azərbaycan və türk potensialını nəzərə alaraq düşməncə davranıb. Bunu Türkiyənin Suriyada başlatdığı hərəkatda da gördük. Azərbaycanın bu Qarabağ münaqişəsində də,” Mehdili qeyd edir.
O, iranlı müxalif qrupların da bu mövzuda İran hakimiyyəti ilə eyni istiqamətdə hərəkət etdiyini vurğulayır:
“Bu mövzuda İran höküməti ilə Tehran-mərkəzli müxalifətin Azərbaycana qarşı mövqeyində çox fərq olmadı. Bu da türklər ilə Tehran-mərkəzli qruplar arasındaki məsafəni daha da böyütdü.”
Mehdilinin dediklərinə görə, “artıq Təbriz-mərkəzli bir hərəkat başlanıb. Biz artıq sosial media sayəsində və irtibatların çoxaldığı üçün onların əlini daha yaxşı oxuyuruq. Qarabağda baş verənlərdən sonra həm mərkəzi hakimiyyət həm müxaliflərin sərgilədiyi mövqe sayəsində türklük şüuru və Azərbaycan vətən anlayışı daha da güclənir.”