Araz Süleymaninin sözlərinə görə, İran Azərbaycanının müxtəlif bölgələrində Qarabağa dəstək mitinqlərinə qatılan vətəndaşların bir çoxu saxlanıldıqları zaman polis və təhlükəsizlik qüvvələri tərəfindən döyülüblər. Ərdəbildən Amerikanın Səsinə danışan türk fəal tutulanlardan 100-dən artıq nəfərin adlarının dəqiqləşdirildiyini bildirib.
Süleymani müsahibədə sentyabrın 29-dan bəri Ərdəbil, Təbriz, Urmiyə, Zəncan, Culfa, Ələmdar, Xiyav, Muğan, Kəleybər və Makı şəhərlərində nəzarət altınan alınan bəzi mitinq iştirakçılarının adlarını açıqlayıb.
Mitinqin təşkilinə heç bir imkan verilmədi. Dostlarımızı gördük ki, məmurlar onları tək-tək və ya ikili, üçlü şəkildə tutub döyə-döyə hərbi maşınlara aparırlırlar.
İlk həbslər sentyabrın 29-da Ərdəbilin Cıral parkında baş verib. Araz Süleymaninin sözlərinə görə, məmurlar təqribən 20 nəfəri nəzarət altına alaraq mitinqin baş tutmasını önləyiblər: “Mitinqin təşkilinə heç bir imkan verilmədi. Dostlarımızı gördük ki, məmurlar onları tək-tək və ya ikili, üçlü şəkildə tutub döyə-döyə hərbi maşınlara aparılırlar.”
Ərdəbilin Cıral parkında nəzarət altına alınıb, daha sonra müvəqqəti olaraq azadlığa buraxılan fəallardan Pərviz Siyabinin saxlanıldığı zaman işgəncəyə məruz qaldığını göstərən görüntürləri sosial şəbəkələrdə yayımlanıb.
Araz Süleymani saxlanılan milli fəalların polis və təhlükəsizlik qüvvələri tərəfindən döyülməsinin artıq normal hala gəldiyini ifadə edir.
Keçmiş təcrübələrə baxanda dostlarımız belə işgəncələrə məruz qalanda, şikayət etsələr də səsləri bur yerə çatmır. İşgəncə daha çox bir norma halına gəlib çatıb.
“Son olaylar da bunu açıqca göstərdi. Keçən günlərdə sosial şəbəkələrdə Pərviz bəy Siyabi və Səccad bəy Colaninin sınan burunlarını və bədənlərində döyülmə və işgəncə izlərini gördük. Keçmiş təcrübələrə baxanda dostlarımız belə işgəncələrə məruz qalanda, şikayət etsələr də səsləri bur yerə çatmır. İşgəncə daha çox bir norma halına gəlib çatıb. O qədər çox baş verir ki, daha yazılmamış bir qanuna çevrilir. Dostlarımızı tutduqları zaman çox rahat döyürlər. Səsləri də boğulur bir yerə çatmır,” türk fəal qeyd edir.
Araz Süleymani özü də keçmişdə İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulma və ardınca həbs və mühakimə proseslərini təcrübə edib.
O, əlavə edib ki, “nəzarət altına alınan dostlara qarşı çeşitli basqılar tətbiq edilir. Vəkilsiz qalırlar. Ailələri hədə-qorxu ilə üzləşir. Təhqirlərə, əxlaqdan uzaq sözlər və aşağılanma ilə qarşılaşırlar. Müvəqqəti sərbəst buraxıldıqları zaman ağır zəmanətlər alınır. Zəmanətçiləri hədə-qorxu altına alırlar. Uzun bir prosesə çevirirlər mühakimə işlərini. Bu uzun sürə özü açıq bir işgəncə prosesidir.”