Mehman Hüseynov dindirilib

Mehman Hüseynov dindirmədən sonra Ülvi Həsənli ilə (Foto Ülvi Həsənlinin Facebook səhifəsindən götürülüb)

Oktyabrın 27-də axşam saatlarında RATİ-nin əməkdaşı Mehman Hüseynov avtomobildə gedərkən saxlanılıb, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi üzrə şahid qismində iki saatadək dindirlilib. Sonra o azad buraxılıb. Bu barədə Amerikanın Səsinə Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutundan (RATİ) bildiriblər.

Mehman Hüseynov

Məlumata görə, Hüseynovdan RATİ, RATİ-nin rəhbəri olan qardaşı Emin Hüseynov, Facebook-dakı “SANCAQ production” profili barədə soruşublar və istintaq sirrini yaymamaq barədə iltizam alıblar.

Xatırladaq ki, bu il avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin istintaq qrupu RATİ-nin ofisində axtarış aparıb. Ofisdəki kompüter və sənədlər götürülüb. Avqustun 11-d isə qurumun ofisinin qarıları prokurorluq tərəfindən möhürlənib.

RATİ-nin direktoru Emin Hüseynovun taleyindən isə bu günədək xəbər yoxdur.