Jurnalist ölkədən buraxılmayıb

Mehman Hüseynov

Mehman Hüseynov Bakı aeroportunda saxlanıb, bir neçə saatdan sonra zad buraxılıb. O bu il Buserius mükafatının laureatıdır və təqdimetmə mərasimdə iştirak etməl idi
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov iyunun 17-də shər saatlarında İstanbula gedərkən Bakı aeroportunda saxlanıb.

O, İstanbuldan Osloya gedərək, beynəlxalq Gerd Buserius mükafatının təqdimetmə mərasimində iştirak etməli idi. Lakin jurnalist onun barəsində cinayət işinin olmasına və soyadının “ölkədən xaricə buraxılmayanlar”ın siyahısına daxil edilməsinə görə saxlanılıb. Baxmayaraq ki, belə hallarda vətəndaşın yalnız ölkəni tərk etməsinə icazə verilməsə də, M.Hüseynovu saxlayıblar və əvvəlcə Səbayel rayon 9-cu polis bölməsinə, oradan da Səbayel Polis İdarəsinə aparıblar. Jurnalisti saat 11-də azad buraxılıb və ölkədən çıxmamaq haqqında iltizam alınıb.

M.Hüseynov bildirib ki, bir ay öncə mükafatın təltif etmə mərasimində iştirak edəcəyi barədə istintaq orqanını, Daxili İşlər Nazirliyini və Baş Prokurorluğun rəhbərliyini xəbərdar edib. O, heç bir cavab almadığına görə bunu etiraz kimi qiymətləndirib.

Bir il əvvəl M.Hüseynovun barəsində polis əməkdaşına müqavimət göstərilməklə xuliqanlıq törədilməsi ittihamı üzrə cinayət işi qaldırılıb. İstintaqın məlumatına görə, guya 2012-ci il mayın 21-də Fəvvarələr Meydanında İctimai Palatanın etiraz aksiyasında reportyor çəkiliş aparan zaman polis əməkdaşını təhqir edib. Mehman Hüseynov bildirib ki, əslində polis əməkdaşı onun fotoaparatının obyektivini sındırıb və M.Hüseynov narazılıq edərək Daxili İşlər Nazirliyinə şikayət edəcəyini bildirib.

Ötən il M.Hüseynovun barəsində heç bir istintaq hərəkəti aparılmayıb. Bu barədə jurnalist özü bildirib.

M.Hüseynov Osloya bir qrup azərbaycanlı jurnalist və anası ilə birgə gedirdi. Belə ki, indi mükafat reportyorun anası Firəngiz Hüseynovaya veriləcək.

M.Hüseynovla yanaşı daha bir azərbaycanı jurnalist, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin əməkdaşı Təhminə Tağızadə də bu il Buserius mükafatının laureatıdır.