İntiqam Əliyevin məhkəməsi başlayıb [Video]

Your browser doesn’t support HTML5

İntiqam Əliyevin məhkəməsi

Hüquq müdafiəçisi ittihamları qəbul etmir

Yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə hazırlıq iclası keçirilib.

İclasın gedişində vəkil Elton Quliyev bütün müdafiəçilərin adından ittihamın əsassız olması üzündən cinayət işinə xiatm verilməsi vəsatəti qaldırıb.

İttihamın mahiyyəti bundan ibarətdir ki, İ.Əliyev qeydə aldırmadan xarici donorlardan qrantlar almaqla qanunsuz sahibkarlıqla məşğul olub. Belə ki, istintaq İ.Əliyevi 13 qrantdan qanunsuz istifadə etməkdə suçlayaraq bunu iş və xidmətlərin qsnunsuz yerinə yetirlməsi kimi təqdim edir.

Bu qrantlardan 7-si 2009-cu ilin 25 dekbarına qədərki dövrü əhatə edir və həmin vaxt qanunuvericilikdə qrantların qeydə alınması tələb olunmurdu. Qalan 6 qranta gəlincə, bu qrantlar üzrə müqavilələr Ədliyyə Nazirliyinə təqdim olunub.

Vəkil “başqasının əmlakı”nı mənimsəmə üzrə ittihamı da əsassız sayıb, çünki, ortada əmlakı mənimsənilən “başqası”nın özü yoxdur.

Cinayət işində 29 ödəmə tapşırığı var və “digər ödəmə tapşırıqları”nın da olduğu deyilir. Bunlara əsasən Hüquqi Maarifləndirmə Cəmiyyətinin mühasibi Gülşən Orucova təkilatın pullarını bacısı Əfsanə Orucoivanın “Unibank”dakı hesabına köçürb, daha sonra isə nəqdləşdirilərək İ.Əliyevə verilib. İstintaq məlumatlarına görə, guya 2009-2013-cü illərdə 119 min manat mənimsənilib. İstintaq hər iki bacını zərərçəkən kimi tanıyıb.

Amma ödəmə tapşırıqlarında İ.Əliyevin imzası yoxdur, ona görə də müdafiə tərəfİ bu sübutları saxta adlandırır.

İ.Əliyev qəfəsdə saxlanmasına görə məhkəməyə etiraz ifadə edib. Qəfəsdə vəhşi heyvanların saxlandığını, Avropa məhkəməsinin müttəhimin qəfəsdə saxlanmasını şərəf və ləyaqətin alçaldılması” kimi dəyərləndirdiyini deyən İ.Əliyev vəkillərilə yanaşı oturmasına icazə verilməsini xahiş edib. Amma dövlət ittihamçısı bunu əaleyhinə olub və hakim də xahişi rədd edib.

İ.Əliyev vəkillərlə konfedensial görüşlərdə siyasi məhbusların hüquqlarının pozulduğunu söyləyib. Belə ki, görüşdən öncə onların vəsatətləri də daxil olmaqla bütün qeydləri müsadirə olunur, məhkəməyə gətirilməzdən öncə isə soyundurulur və axtarış aparırlar.

9 nəfərə hesablanan avtomobildə 12-13 məhbus aparılır. “Orada hava çatmır, dura bilmirsən, dönə bilmirsəın”, İ.Əliyev bildirib.

“Leyla Yunusun, Xədicə İsmayılın, Rəsul Cəfərovun, Anar Məmmədliinin və mənim həbsim bizim mübarizə metodumuz hesab edilə bilər. Biz hazırda həbsaxana sisteminin dəhşətlərini şəxsi təcrübəmizdə sınaqdan çıxaırırıq”, İ.Əliyev bəyan edib.

O, həbsinin siyasi motivli olduğunu bildirib. "Ofisində axtarış zamanı sənəd və elektron daşyıcıların qanunsuz müsadirə olunduğunu deyib, bu zaman siyahı tutulmadığını bildirib. Beləliklə sənədlər, o cümlədən qrant müqavilələrinin qeydə alınması üçün Ədliyyə nazirliyinə təqdim etdiyimi təsdiqləyn sənədlər yoxa çıxarılıb".

Bundan əlavə, seçkilərin saxtalaşdırılması, media azadlığının pozulması, işgəncələr haqqında işlər də daxil olmaqla Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı Avropa məhkəməsinə göndərilən işlər müsadirə edilib.

İ.Əliyev ödəniş tapşırıqlarında imzasının saxtalaşdırıldığını nəzərə çatdırıb. “Bu imzalar mənim deyil. Bu imzalar o dərəcədə saxtalaşdırılbı ki, istintaq onları ekspertizaya göndərməyə belə risk etmir”, İ.Əliyev söyləyib.

Vəkil Elçin Sadıxov cinayət işindən vergi ödəməsindən yayınmaq ittihamını çıxarmaq vəsatəti qaldırıb. Cinayət işində 65 min manat məbləğində vergidən yayınmaq göstərilir. Vəkil təşkilatın 67 min manat vergi ödəməsi haqda sənədi təqdim edib. Bundan sonra dövlət ittihamçısı vəsatətin qəbul olunması əleyhinə çıxış edib, hakim də ittiham tərəfilə razılşaıb.

Daha sonra müdafiə tərəfi zərərçəkən kimi tanınan təşkilatın mühasibi G.Orucovanın bank hesabları və əmlakının yoxlanılması vəsatəti qaldırıb.

Müdafiə tərəfinin məlumatına görə G.Orucova başqa təşkilatlarda da mühasib olaraq çalışıb və buna görə bu hesaba daxil olan bütün vəsaitlərin mənbəyini müəyyən etmək zəruridir.

Müdafiə tərəfi qrantların qeydiyyatı haqda reestrdən çıxarış, istisna qaydada zərərəçəkən kimi tanınan şəxslərin ifadələri, həbsin ev dustaqlığı ilə əvəz edilməsi və s. haqda Ədliyyə nazirliyinə sorğu verilməsi vəsatətələri qaldırıb.

Zərərçəkən G.Orucova 4 ay ərzində “şəffaf istintaq” getdiyini deyərək onun əmlakı və başqa bank hesbaları haqda sorğu verilməsinin əleyhinə çıxıb. Digər iki zərərçəkən Sadiq Bağırov və Könül Bayramova müdafiə tərəfinin vəsatətinin əleyhinə çıxmayıblar.

Dövlət ittihamçısı bu vəsatətlərin də əleyhinə çıxıb. Beş dəqiqəlik müşavirədən sonra hakim vəsatətlərin yerinə yetrilmədini bildirib. Daha sonra hakim prosesin fevralın 3-nə təyin olunduöunu bəyan edib.

İntiqam Əliyev qanunsuz sahibkarlıqda, vergidən yaynmaqda, səlahiyyətindən sui-istfadə də ittiham edilərək 2014-cü il avqustun 8-də həbs olunub. Daha sonra ona qarşı mənimsəmə və saxtalaşdırma ittihamı da irəli sürülüb.

İ.Əliyev bütün ittihamları rədd edir, onları siyasi motivli adlandırır.

“Amnesty İnternational” təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.