Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb
Iyunun 12-də Ali Məhkəmənin inzibati-iqtisadi işlər üzrə kollegiyasında Kəmaləddin Bədəlovun sədrliyi ilə “Talışi Sədo” qəzetinin redaktoru Hilal Məmmədovun Daxili Işlər Nazirliyi və Baş Prokurorluq tərəfindən təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı kassasiya şikayətinə baxılıb.
Bu barədə Amerikanın Səsinə Hilal Məmmədovun qardaşı Səbahəddin Məmmədov bildirib.
Həmin qurumların 4 iyun 2012-ci il tarixli birgə məlumatında H.Məmmədov cinayət əməli törətmiş şəxs kimi təqdim edilib, lakin onun günahı məhkəmə tərəfindən sübuta yetirilməyib.
Onun sözlərinə görə H.Məmmədovun təqsirsizlik prezumpsiyasının pozulmasına dair şikayətləri birinci instansiya məhkəməsi və Baki Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib.
Bu gün Ali Məhkəmə şikayəti qismən təmin edib işi təkrar baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Lakin H.Məmmədovun vəkili Xalid Bağırov Apellyasiya Məhkəməsinin təkrar baxılma zamanı şikayəti təmin edəcəyinə şübhə ilə yanaşır.
Bu səbəbdən Ali Məhkəmənin bu günkü qərarı müdafiə tərəfinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətini yubadacaq.
Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub. 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu dövlətə xəyanət, millətlərarası ədavətin qızışdırılması və narkotik maddə alverində təqsirli bilərək 5 il azadlıqdan məhrum edib.
H.Məmmədov bu itthamları rədd edir və siyasi motivlərlə həbs olunduğunu bildirir.
Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.