Accessibility links

"Tolışi sədo" qəzetinin redaktoru Hilal Məmmədov 5 il həbs cəzası aldı [Yeniləndi-Video]


"Tolışi sədo" qəzetinin redaktoru Hilal Məmmədov 5 il həbs cəzası aldı
please wait

No media source currently available

0:00 0:01:57 0:00

"Tolışi sədo" qəzetinin redaktoru Hilal Məmmədov 5 il həbs cəzası aldı

Vəkil onun həbsini siyasi sifariş hesab edir

Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Tolışi sədo" qəzetinin redaktoru Hilal Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

O,Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.

Hökm etirazla qarşılanıb.

Redaktorun yaxınları hakimə lənətlər yağdırıblar.

Vəkil Xalid Bağırovun Amerikanın səsinə verdiyi müsahibəsində bu qərarı ədalətsiz və siyasi sifarişli adlandırıb.”Biz bu qərardan apellyasiya şikayəti verəcəyik”- deyə vəkil bildirib.

“Amnesty İnternational ” beynəlxalq hüquq təşkilatı Hilal Məmmədovu vicdan məhbusu elan edib.

--------------------------------------------------------

Bakı Ağır Cinayətlər Məhkəməsində sentyabrın 27-də “Tolişi Sədo” qəzetinin redaktoru Hilal Məmmədovun son sözü olub.

Amerikanın Səsinin verdiyi məlumata görə, redaktor son sözündə məhkəmədən ədalətli qərar qəbul etməyə çağırıb.

Hilal Məmmədov ona qarşı irəli sürülən ittihamların “Azərbaycanın imicinə və hüquq-mühafizə orqanlarına utanc” gətirdiyini deyib.

O, hətta dəmir barmaqlılar arxasında belə demokratik dövlət qurulanadək mübarizəsinin davam etdirəcəyini bəyan edib.

Hakimi məhkəmənin hökmünü bu gün elan ediləcəyi gözlənilir.

Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub. O, vətənə xəyanət, milli ədavəti qızışdırmaq və narkotik ticarətində günahlandırılır.

Dövlət ittihamçısı Məmmədova 6 il həbs istəyib. Məhkəmə prosesini Avropa İttifaqı, ATƏT, Amerika, Almaniya, Fransa, Norveç və başqa səfirliklərin nümayəndələri izləyib. Dövlət itthamçısı məhkəmədən onun barəsində 6 il həbs qərarının çıxarılmasını xahiş edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG