Jurnalist MTN-təcridxanasında ona qarşı təzyiqlərin artdığını deyir
Jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli aprelin 16-dan aclıq aksiyasını dayandırıb.
Bu barədə Amerikanın Səsinə vəkil Bəhruz Bayramov bildirib.
Onun sözlərinə görə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Pərviz Həşimli bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasının rəisi onun ailəsilə görüşə icazə verəcəyini söz verib.
Bundan sonra jurnalist aclığı dayandırıb.
Bununla belə jurnalist məhkəmədə çıxış edərək bildirib ki, ona MTN-də təyiqlər daha da artıb.
Belə ki, Pərviz Həşimlinin gəzintiyə çıxmağına icazə verməyiblər.
Pərviz Həşimli proseslərində MTN əməkdaşlarının əyləşdiyini deyib.
Buna etiraz edən hakim Novruz Kərimov: - Biz burada MTN əməkdaşı görməmişik deyib.
Vəkil onu da bildirib ki, prosesdə Təvəkklü Qurbanovun maşınında pulu olması epizodu ilə bağlı hal şahidi Zaur Abdullayev ifadə verib.
İbtidai istintaqla məhkməə istintaqı arasında ifadələrin ziddiyyət təşkil etdiyini hesab edən vəkilin fikrincə, işdə bir çox qeyri-dəqiqliklər və uyğunsuzluqlar var.
Həmçinin Pərviz Həşimli prosesdə vəsatət qaldırararq İran vətəndaşlarının kimliyi barədə Dövlət Sərhəd Xidmətinə sorğu göndərilməsini istəyib. Lakin hakim vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası aprelin 24-də keçiriləcək.
Pərviz Həşimli 17 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən həbs edilib. Martda həbs müddəti üç ay artırılıb. O, 206.3.2 (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz silah əldə etmək, saxlamaq) maddələrlə ittiham olunur.
Jurnalist özünü təqsirli bilmir, istintaq zamanı ondan bir sıra vəzifəli şəxslərə qarşı guya müxalifəti maliyyələşdirdikləri barədə ifadə alıblar. Ondan həmçinin AXCP lideri Əli Kərimliyə qarşı ifadə verməyi tələb ediblər.