Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim yol” qəzetinin müxbiri, hüquq müdafiəçisi Pərviz Həşimlinin və Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə iclası qalmaqallı keçib, iki şahid ifadə verib.
Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci və 228.2.2 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama - təkrar törədildikdə) maddələri ilə ittiham olunur. İttihama görə, Pərviz Həşimli və Təvəkkül Qurbanov İrandan gətirilən silahların alveri ilə məşğul olub.
İlk öncə vəkil Bəhruz Bayramov Təvəkkül Qurbanovun avtomobilindən götürülən pulun üzərindəki əl izləri ilə bağlı ekspertiza təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib. “Həşimlinin pul verməsi ilə bağlı iddialar absurddur”.
Vəkil həmçinin götürülən tapançaların Rusiya istehsalı olduğunu bildirib. “Silahlar üzərində ciddi nəzarət var. Bu səbəbdən götürülmüş silahların nömrə nişanları ilə istehsalçı ölkəyə müraciət edilməlidir. İttihama görə silahlar İrandan Azərbaycana keçirilib. İstehsalçı ölkə götürülən silahları hansı ölkənin sifariş verdiyi, sərhəddən nə vaxt İrana keçirildiyi barədə məlumat verməlidir”, deyə vəkil məhkəmə qarşısında vəsatətlə çıxış edib.
Nədənsə ibtidai istintaq zamanı bu ekspertizalar təyin edilməyib.
Məhkəmədə həmçinin Pərviz Həşimli Təvəkkül Qurbanovun oğlunun ifadəsinə istinadən deyib ki, onun oğlunun imtahanlardan kəsir problemi olmayıb. “Belə isə Qurbanovun məndən oğluna kömək etməyi xahiş etməsi şübhə doğurur”, jurnalist qeyd edib.
Təvəkkül Qurbanov isə Pərviz Həşimlidən soruşub ki, o AXCP Rəyasət Heyətinin üzvüdür. Belə olan halda məmurlarla, o cümlədən Cavid Qurbanov (Milli Məclisin deputatı, “Azəryolservis” Səhmdar Cəmiyyətin rəhbəri), Əli Nağıyevlə (Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini) niyə əlaqələri olub. O həmçinin ailə üzvlərinin təhqirə məruz qaldığını deyib.
Pərviz Həşimli isə uzun müddət “Bizim Yol” qəzetinin parlament müxbiri olduğunu, istənilən deputat və məmurla əlaqələrinin olduğunu diqqətə çatdırıb. O AXCP Rəyasət Heyətinin üzvü olmadığını deyib. “Mənim Əli Nağıyevlə əlaqələrim olmayıb, onunla heç zaman görüşməmişəm. Amma Əli Nağıyevin qardaşı Vəli Nağıyevlə əlaqələrim olub. Mənim deputatlar arasında, nazir müavinləri, məmurlar, hətta MTN əməkdaşı səviyyəsində mənbələrim olub”, Həşimli qeyd edib.
O eyni zamanda MTN-nin nəzarətində olan medianın həbsindən qabaq həbs ediləcəyi və Cavid Qurbanovla əlaqələri barədə yazılar dərc etdiyini məhkəmənin diqqətinə çatdırıb. Jurnalistin dediyinə görə MTN hakimiyyətdaxili qruplarda rəğbəti olmayanlara qarşı belə üsullardan istifadə edir.
Bu zaman hakim Həşimlinin sözünü kəsib və onun düzgün danışmadığını xatırladıb. Hakim Həşimlinin nəzərinə çatdırıb ki, MTN belə üsullardan istifadə etmir və istəsə özü media təsis edə bilər.
Şahid Zaur Abdullayev məhkəmə zalına “spirt iyisi” ilə gəlib. O məhkəmə tribunasından ifadə verdiyi zaman qəbul etdiyi alkoqolun iyisindən zalda narahatlıq yaranmışdı. Bu zaman Həşimli hakimə müraciət edərək şahidin sərxoş olduğunu xatırladır. Hakim “spirtli içkinin qəbulunun bir həddi var, insan anlaqlıdır”, deyərək şahidi suallara cavab verməsini davam etdirməyə çağırır. Şahiud isə dünən gecə spirtli içki qəbul etdiyini etiraf edib.
Abdullayev Nəsimi rayon Polis İdarəsində qeydiyyatdadır. O yol ilə gedərkən Milli Təhlükəsizlik Nazirliyinin həyətinə dəvət edilib və orada Təvəkkül Qurbanovun avtomobilindən 2800 dollar pul və şəkillərin götürüldüyünə hal şahidliyi edib. “Şəkillərin üzü çıxarılmışdı və ağ qara rəngdə idi. Şəkillərdə nə olduğunu görmədim”, bu arada şahid istintaqa ifadəsində şəkillərdə əntiq əşyalar olduğunu yazıb.
Abdullayev “əntiq əşya nədir?” sualına cavabda deyib ki, “bahalı əşyalardır”. “Mənə cənab prezidentin şəklini göstərsələr deyərəm cənab prezidentdir. Əntiq əşyaya nə deyim? ”, təəccübünü bildirib.
Şahid Osman Rasimov Binəqədi qəsəbə icra nümayəndəliyində məsləhətçidir. O bundan öncə də şahidlik etdiyini bildirib. Sadəcə Həşimlinin evinə ərazini yaxşı tanıdığı üçün MTN əməkdaşları tərəfindən dəvət edilib. O məhkəməyə ifadəsində əvvəlcə humanist adam, müsəlman olduğunu xatırladıb və Həşimlinin evində axtarış zamanı kobud rəftara yol veriləcəyi təqdirdə protokola qol çəkməyəcəyini MTN-cilərə xatırlatdığını bildirib. Bu zaman hakim onun diqqətinə məhkəməyə düzgün ifadə vermədiyinə görə məsuliyyət daşıdığını xatırladıb. Şahid məsuliyyətini dərhal dərk edib və hər hansı kobud rəftar olmadığını görərək protokola imza atdığını bildirib. Hətta Rasimov Həşimlinin pəncərəsinin dəmir çərçivəsinin yerindən qoparıldığını da görməyib. Lakin istintaqa ifadəsində dəmir çərçivənin çıxarıldığını yazıbmış. Bu xatırladılanda şahid yenidən əlini üzünə qoyaraq dərindən fikirləşir, nəhayət nə isə yadına düşür. “Yox, MTN əməkdaşları dəfələrlə qapını döydülər, qapının açılmasının vacibliyini Həşimlinin xanımına xatırlatdılar. O qapını açmayanda pəncərədən evə daxil olunacağını bildirdilər və çərçivəni yerindən çıxarmağa başlayanda qapı açıldı”, şahid deyir. Rasimov nədənsə Həşimlinin kiçik yaşlı qızının göz yaşı tökərək qorxudan ağladığını da yadda saxlamayıb. Ancaq tapança və qumbaraların haradan tapıldığını, nəyə büküldüyünü yerbəyer yadında saxlayıb.
Hakim şahiddən sual edib ki, “istintaqa, yoxsa məhkəməyə verdiyin ifadəni təsdiq edirsən?” Şahid cavabda “hər ikisini” deyib. Məhz bu cavab zalda qəhqəhə ilə qarşılanıb, hətta hakim heyəti də gülüşünü gizlədə biməyib. Amma sədrlik edən yalnız zaldakılarla xəbərdarlıq edib, - “gülmək olmaz”.
Məhkəmənin belə məcrada davam etməsi zalda gərginliklə müşahidə edilib. “Gülməli danışırlar, deyirlər gülmək olmaz. Bəs nə edək? ”, qadınlardan biri sual edib.
Digər bir qadın isə əsəblərini cilovlaya bilməyib. “Öl-öl kişisən, evə kişi çörəyi aparırsan... ... kişi üzünə... Terrorist İlham Əliyevdir, sizsiniz. Kişisiniz, məni də tutun!”, deyə qadın uca səslə etiraz edib. Hakim qadına xəbərdarlıq edib, dərhal məhkəmə zalından çıxarıb. Bu zaman digər qadın şahidə “Kişisən? Kişi yalan danışar? Kişi evinə belə çörəyi aparmaz”, deyə xatırladıb. Şahid pərt və həyəcanlı halda üzünə düşən tüpürcəyi silə-silə məhkəmə zalını tərk edib.
Məhkəmə nəzarətçiləri iıə məhkəmənin dəhlizində qadınları sakitləşdirmək və şahidi yola salmaq üçün xeyli zəhmət çəkib. Amma bu zaman şahidlərin qulaqlarını tutması mümkün deyildi və xeyli qarğışı qulaqlarında özləri aparmalı olub.
Beləliklə üçüncü şahidin dindirilməsinə ehtiyac qalmayıb vıə gərgin şəraitdə məhkəmə martın 18-i saat 10,30-dək təxirə salınıb.