MHİ Əbdül Əbilovun həbsinin onun ifadə azadlığına qanunsuz müdaxilə hesab edir
Media Hüququ İnstitutu (MHİ) paylaşdığı məzmunlarla hökuməti, onun ayrı-ayrı fiqurlarının fəaliyyətini tənqid edən sosial şəbəkə fəalı Əbdül Əbilovun narkotik maddə ittihamı ilə həbs olunmasını, 3 gündən artıq qanunsuz olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (DİN BMCMİ) saxlanmasını kəskin qınayır.
İnstitut qeyd edib ki, DİN BMCMİ-nin mənzildə axtarış aparan əməkdaşları Ə.Əbilovun cibinə narkotik maddə “atıblar”.
Axtarış aparanlar özləri də Ə.Əbilovun saxlanılmasının əslində onun facebook-dakı fəallığı ilə bağlı olduğunu ifadə ediblər, ona məxsus olan noutbook-u özləri ilə aparıblar.
Media Hüququ İnstitutu vurğulayır ki, başqa şəxslərin hüquqlarına zərər vurmamaq şərti ilə hər kəsin hökumətin fəaliyyəti, yürütdüyü siyasət, atdığı addımlarla bağlı öz rəyini bildirmək, onu mədh etmək və ya qınamaq haqqı var.
Hər kəsin ifadə, digər hüquq və azadlıqlarının təminatçısı olan hökumət bu müstəvidə baş verən olayları xüsusilə diqqətdə saxlamalı, mübahisələrin ədalətli araşdırılmasını, toplumun belə olaylarla bağlı operativ şəkildə doğru bilgiləndirilməsini təmin etməlidir.
Media Hüququ İnstitutu Əbdül Əbilovun həbsinin onun ifadə azadlığına qanunsuz müdaxilə təşkil etdiyini bildirir.
MHİ Hökuməti sosial şəbəkə fəalının azad olunmasını təmin etməyə, Daxili İşlər Nazirliyini Ə.Əbilovun üzərinə əməliyyatçılar tərəfindən narkotik maddə “atılması” ilə bağlı onun yaxınlarının verdiyi açıqlamaları dərhal araşdırıb gərəkən hüquqi addımları atmağa, bu barədə ictimaiyyəti məlumatlandırmağa çağırır.
Facebook” fəalı Əbdül Əbilov noyabrın 25-də narkotik ittihamı ilə həbs edilib. Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Əbilovun ailə üzvlərinin dediyinə görə, Əbilov Facebook-da“Yaltaqlara dur deyək” səhifəsi yaradıb və o saxlanandan sonra səhifə bağlanıb.
Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə Əbdül Əbilovun narkotik istifadəçisi olduğunu bildiriblər.