Accessibility links

Facebook-da tənqidlə bağlı cəza hökmü ləğv edilib


facebook
facebook

Cinayət işi təkrar araşdırılmaq üçün məhkəməyə göndərilib

Noyabrın 25-də Şirvan Apellyasiya Məhkəməsi AccessBank-ın keçmiş işçisi Mikayıl Talıbovun facebook-dakı tənqidi ifadələrinə görə ona qarşı Astara rayon Məhkəməsinin hökmünü ləğv edib.

Media Hüququ İnstitutunun məlumatına görə, Apellyasiya Məhkəməsi hesab edib ki, rayon məhkəməsinin hökmü ciddi prosessual pozuntulara yol verilməklə qəbul edilib, M.Talıbovun ədalətli məhkəmə araşdırması hüququ pozulub.

Şirvan Apellyasiya Məhkəməsi hökmü ləğv edərək işi yenidən baxılmaq üçün Astara rayon Məhkəməsinə qaytarıb.

Astara rayon Məhkəməsi facebook səhifəsində “Accessbank- Haqsızbank”, “Azərbaycanlıların qazandığı pullarla Azərbaycana qarşı”, “Accessbank siyasi gərginliyi artırır, əhalini hökumətdən narazı salır”, “bankda 50 000 manata 5 000 manat şapka alınır” və digər oxşar ifadələrin böhtan məzmunlu olduğu qənaətinə gələrək M.Talıbovu Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilmişdi.

M.Talıbov aylıq qazancının 20%-i alınmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib, habelə M.Talıbovun üzərinə facebook-da təkzib vermək vəzifəsi qoyulub.
XS
SM
MD
LG