Jurnalist ittihamı qəbul etmir və həbsini peşə fəaliyyəti ilə izah edir
Dekabrın 11-də Bakı Apellyasiya Məhkməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Azadlıq radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın apellyasiya şikayətinə baxılacaq.
Apellyasiya şikayəti Səbail Rayon Məhkəməsinin Xədicə İsmayıl barədə çıxardığı 2 aylıq həbs qətimkan tədbirindən verilib.
Xədicə İsmayıla qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ittiham irəli sürülüb. Jurnalist Tural Mustafayevin ərizəsi əsasında həbs olunub.
O ittihamı qəbul etmir və həbsini peşə fəaliyyəti ilə izah edir.