Rauf Mirqədirova ailə üzvləri ilə görüşmək, telefonla danışmaq imkanı verilmir

Rauf Mirqədirov

Jurnalist ittihamı absurd sayır

Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirova hələ də ailə üzvləri ilə görüşmək, telefonla danışmağa icazə verilmir.

Bu barədə vəkili Elmar Süleymanov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə sentyabrın 2-də jurnalistlə görüşüb və səhhətinin normal olduğunu deyib.

Vəkil təcridxananın jurnalist' ailəsi ilə görüş verməməsi ilə bağlı Avropa Məhkməsinə şikayət hazırlandığını deyib.

Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzindən şərh almaq mümkün olmayıb.

İstintaqa gəldikdə isə vəkil “hələ istintaq hərəkəti yoxdur”, deyə bildirib.

“Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib. Elə həmin gün MTN əməkdaşları tərəfindən saxlanılıb.

O, dövlətə xəyanətdə ittiham olunur. Aprelin 21-də məhkəmə Mirqədirov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Daha sonra həbs müddəti daha 4 ay uzadılıb.

Jurnalist ittihamı absurd sayır, həbsinin siyasi motivli olduğunu düşünür.