Maykl Ceksonun həkimi üzərində məhkəmə başlayıb

  • Nərminə Cəlalqızı

Maykl Ceksonun həkimi üzərində məhkəmə başlayıb

Pop ulduzu Maykl Ceksonun ölümü ilə bağlı ittiham irəli sürülən həkimin məhkəməsi Los-Anceles şəhərində işinə başlayıb. Doktor Konrad Murrey müğənniyə güclü keyləşdirici Propofol preparatı vermək və bundan sonra onun sağılamlığına lazımi diqqət yetirməmək ittihamları ilə üzləşir. Məhkəmənin açılışında çıxış edən prokuror Maykl Ceksonun həyatını doktor Murreyə etibar etdiyini üçün belə bir hadisənin baş verdiyini deyib.

2009-cu il iyun ayının 25-də Los-Ancelesdəki kirayələdiyi evdə qəflətən vəfat edən Maykl Ceksona doktor Murreyin yuxu üçün Propofol respeti yazdığı deyilir. Lakin bu dərmandan yuxu üçün istifadəyə icazə verilmir.

Məhkəmə sənədlərində pop ulduzunun ölümünə Propofol preparatının yüksək dozada veridiyi səbəb kimi göstərilir. Lakin Doktor Murreyin vəkilləri Maykl Ceksonun dərmanı həkimin onun otağında olmadığı vaxt qəbul etdiyini deyirlər.