2009-cu ilin iyun ayında vəfat edən Maykl Ceksonun həkimi Konrad Murrey pop ulduzun ölümünə səbəbin onun özbaşına dərmanlar qəbul etməsi olduğunu deyib. Doktor Konrad Murrey müğənniyə güclü keyləşdirici Propofol resepti yazmaqda və dolayısı yolla Ceksonun ölümünə bais olmaqda ittiham olunur. Doktor Murreyin vəkili Ed Çernoff həkimin Maykl Ceksona dərman verməkdən imtina etdiyini deyib. Vəkil deyib ki, müğənni Propofol preparatını həkimlə məsləhətləşmədən artıq dozada qəbul etmiş və gözünü yummağa belə imkanı olmadan ölmüşdür. Prokuror Deyvid Volqrin doktor Murreyin ehtiyac məqamında pop-ulduzunu tərk etdiyini deyib.