Mayaminin Kiçik Havanası

Your browser doesn’t support HTML5

Mayami şəhərində ayaq basdığınız hər yerdə latın ölkələrinin mədəniyyətinə rast gəlmək mümkündür. Şəhər mərkəzinin lap yaxınlığında yerləşən Kiçik Havana qəsəbəsi də belə yerlər arasında ən məşhur olanıdır. 1960-cı illərdə minlərlə kubalı ABŞ-a mühacirət etməyə məcbur olur. Onlar vətənlərindən uzaq düşsələr də Mayamidə yaratdıqları bu qəsəbədə öz mədəniyyətlərini, yaşam tərzlərini qoruyub-saxlamağa çalışırlar. Əməkdaşımız Vüqar Bəhmənzadənin Kiçik Havana qəsəbəsindən xüsusi reportajı.