Mamont isti bulağı
Your browser doesn’t support HTML5
Yelloustone Milli Parkındakı isti su qaynaqları arasında ən çox tanınanı isə Mamont isti bulağıdır. Parkın şimal girişində yerləşən bu isti bulaq müxtəlif yerlərdəki suyun dərəcəsinə və burada yaşayan canlılara görə fərqli rənglərə boyanır. Sonuncu dəfə 620 min il bundan əvvəl baş verən vulkan püskürməsinəticəsində əmələ gələn bu isti bulaqlar xüsusilə qış aylarında yağaın qara görə əsrarəngiz gözəlliyə bürünür.