Görüşdə ATƏT-in Bakıda layihə əlaqələndirici ofisi, atəşkəsin pozulması və münaqişənin həlli ilə bağlı danışıqlar müzakirə edilib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Berlində ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, ATƏT-in Bakıda layihə əlaqələndirici ofisinin fəaliyyətinin təşkili məsələləri müzakirə edilib.
Nazir Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib.
Lamberto Zannier son günlər cəbhə bölgəsində atəşkəsin pozulmasından narahatlığını bildirib.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.