Azərbaycan rəsmiləri İranla münasibətləri pozmamaq üçün GAMOH liderini hava limanında saxladılar
"Vətənimə buraxmadılar, Vaşinqtona qayıdırıq," deyə Amerikanın Səsinə məlumat verən Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Azərbaycan rəsmilərinin onun ölkəyə buraxmadıqlarını təsdiq edib. Son məlumatlara görə cənab Çöhrəqanlı Bakıya gəldiyi aviareyslə geri - Frankfurt şəhərinə qayıtmalı idi.
Onun sözlərinə görə, deportasiya barədə qərar 100% öz təsdiqini tapıb. "Məmurlar bizi Bakıya gətirən təyyarənin geri dönüşünü gözləyirlər. Gəldiyimiz təyyarə ilə geri göndərməyi düşünürlər. Bakıdan Frankfurta növbəti uçuş səhər saat 4:30-dır. Hələ ki, Bakıdayıq, gözləyirik," deyə Mahmudəli Çöhrəqanlı bildirib.
Ötən cümə günü Amerikanın Səsinə Vaşinqtonda müsahibə verən Mahmudəli Çöhrəqanlı viza üçün müraciət etdiyini və bütün hallarda Bakıya gedəcəyini bildirmişdi. Daha sonra Azərbaycanın Vaşinqtondakı səfirliyindən viza ala bilməyən Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri təyyarə biletinə uyğun olaraq Bakıya yollandı.
"Burada bizi saxlayan sərhəd xidmət işçisi ölkəyə buraxılmamağımıza bu sözlərlə aydınlıq gətirdi: "İranla imzalanan təhlükəsizlik anlaşmasına əsasən Çöhrəqanlının Azərbaycana gələrək İran əleyhinə fəaliyyət göstərməsi qadağandır" Başa düşdüyümüz qədər bizi deportasiya etməyə hazırlaşırlar," deyə Mahmudəli Çöhrəqanlı bildirib.
GAMOH lideri habelə onu qarşılamaq üçün Bakı Hava Limanına çoxsaylı insanın toplaşdığını və onlardan təxminən 40-nın saxlanıldığını bildirib.
Mahmudəli Çöhrəqanlı hazırda Amerika Birləşmiş Ştatlarının vətəndaşıdır. Təbriz Universitetinin sabiq professoru Amerikaya İranda azərbaycanlıların hüquqlarının pozulmasına etiraz etdikdən və buna cavab olaraq həbs olunduqdan sonra 2002-ci ildə mühacirət edib.