Accessibility links

Mahmudəli Çöhrəqanlı: Bakıya bilet almışam [Video-Müsahibə]


Mahmudəli Çöhrəqanlı: "Bakıya biletimi almışam"
please wait

No media source currently available

0:00 0:20:27 0:00

Mahmudəli Çöhrəqanlı: "Bakıya biletimi almışam"

Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı Azərbaycana səfərə hazırlaşır. Amerikanın Səsinə müsahibədə Mahmudəli bəy artıq viza üçün müraciət edildiyini, lakin hələ cavab almadığını deyib.

Azərbaycana buraxılmamaq ehtimalından danışan GAMOH lideri 2006-cı ilin iyun ayında Bakıya son səfəri zamanı 4-5 saat şəhərdə olduqdan sonra polis tərəfindən saxlandığını və heç bir izahat verilmədən deportasiya edildiyini bildirib. Lakin milli-mədəni hüquqlar uğrunda mübarizə aparan lider daha sonra belə bir ölçüyə İran və Rusiyanın təsiri altında əl atıldığının öyrənildiyini deyib.

"Mənəvi gücü Azərbaycanda deyil, kimdən almalıyam? Moskvada rusdan, Tbilisidə gürcüdən və ya Əbu Dabidə ərəbdən almalıyam?
Mahmudəli Çöhrəqanlı
Azərbaycana səfərinin məqsədləri və məramlarına açıqlıq gətirən Mahmudəli bəy motivasiya, mənəvi dəstəyə ehtiyacı olduğunu bildirib. O, mənəvi gücü Azərbaycanda deyil, “Moskvada rusdan, Tbilisidə gürcüdən və ya Əbu Dabidə ərəbdən almalıyam? deyə suala sualla cavab verib: “Mən Azərbaycan xalqının üzünə baxıb, səsini dinlədikdə, dincəlirəm, ruh alıram.”

Mahmudəli Çöhrəqanlı Azərbaycan rəsmiləri, iqtidar, müxalifət və QHT təmsilçiləri ilə Güney Azərbaycan problemlərini müzakirə etmək istədiyini bildirib.

Bir necə ay əvvəl Amerikanın Səsi ilə müsahibəsinin yazılı disklərini əldə edən iranlı fəalların həbsini cənab Çöhrəqanlı hərəkat və bunun qarşılığında repressiyaların artması ilə izah edib.

İran Azərbaycanında milli hərəkatın ilk liderlərindən olan Dr. Mahmudəli Çöhrəqanlı sərt basqılardan sonra 2002-ci ildə vətəni tərk etməyə məcbur olub
İran Azərbaycanında milli hərəkatın ilk liderlərindən olan Dr. Mahmudəli Çöhrəqanlı sərt basqılardan sonra 2002-ci ildə vətəni tərk etməyə məcbur olub
GAMOH lideri deyib ki, Güneydə hiss edilən oyanış, titrəyiş, hərəkat onu məsud edir. “Regionda vəziyyət büsbütün dəyişib,” deyə o, mübarizənin şanslarını yüksək qiymətləndirib.

İranın yenicə hakimiyyət başına keçən prezidenti Həsən Ruhaninin dəyişiklik vədlərinə gəlincə isə o, bunun arxasında yalandan başqa heç bir şeyin dayanmadığını və onun əsl simasının zamanla üzə çıxacağını bildirib.
XS
SM
MD
LG