“Bu, Mahmudsuz keçirdiyimiz ikinci bahardır... Təbriz zindanında üzbəüz görüşməyə icazə vermirlər. Oğlum atasını ancaq şüşə arxasından görə bilir, bu onun üçün çox çətindir,” deyə Təbriz zindanında 9 illik həbs müddətini çəkməkdə olan güneyli siyasi fəal və Yeni GAMOH təşkilatının üzvü Mahmud Fəzlinin həyat yoldaşı Amerikanın Səsinə müsahibədə söyləyib.
Barış Heydərinin sözlərini görə, İran İslam Respublikası hər il bayram günlərində bir çox məhbusa məzuniyyət haqqından istifadə etmək və ya ailə ilə üzbəüz görüşmək imkanı verir. Ancaq müalicə üçün məzuniyyətə çıxmış Behbud Quluzadə istisna olmaqla, Yeni GAMOH təşkilatının üzvləri bu imkanlardan yararlana bilməyib.
“Bu Mahmudsuz keçirdiyimiz ikinci bayram idi.Təəsüflə üzbəüz görüşmə imkanı da vermirlər. Yaxında yenə də Təbriz zindanına görüşməyə gedəcəyik. Oğlum deyir, mən yenə də atamı şüşə arxasından görəcəyəm? Mən şüşənin o tayına getmək istəyirəm, atamın yanında qalmaq istəyirəm,” deyə Barış xanım bu günlərin xüsusilə oğlu Atilla üçün çox çətin keçdiyini vurğulayıb.
2012-ci ilin dekabrı və 2013 yanvar və fevral aylarında Ettelaat məmurları tərəfindən həbs edilmiş Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının liderləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Lətif Həsəni, Şəhram Radmehr və Behbud Quluzadə qeyri-qanuni təşkilat qurmaq” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq”da ittiham edilərək hər biri 9 il həbsə məhkum edilib.
“Zindan məsulları deyir ki, onlar məzuniyyət haqqından istifadə etmək üçün həbs müddətlərinin ən az altıdan birini keçirməlidirlər,” deyə Barış Heydəri bildirib.
Yeni GAMOH veb səhifəsinə istinadən, Mahmud Fəzli zindan məsulları tərəfindən məruz qaldığı təzyiqlərə etiraz olaraq bir neçə gündür ki, aclıq aksiyasına başlayıb.
Your browser doesn’t support HTML5

Oğlum deyir, mən yenə də atamı şüşə arxasından görəcəyəm? Mən şüşənin o tayına getmək istəyirəm, atamın yanında qalmaq istəyirəm.Barış Heydəri