Keçən iyul ayının 24-də türk fəalların çağırışı ilə Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq etiraz aksiyası keçirildi. Amerikanın Səsinə danışan siyasi fəal Mahmud Bilgin bu aksiyaları milli hərəkat üçün bir dönüş nöqtəsi kimi dəyərləndirir.
Your browser doesn’t support HTML5
İyulun 24-də İranın polis və hərbi qüvvələri Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri bağladı. Təbrizdə baş tutan aksiyalarda etirazçılar “azadlıq, ədalət, milli hökumət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad, ittihad” və “haray, haray mən türkəm” kimi şüarlar səsləndirdi.
Keçmişdə İranın mərkəzində olan mitinqlər və aksiyalarda Azərbaycan uzaqdan baxırdı. Deyirdi bu dava mənim davam deyil. Amma, bu dəfə Azərbaycan dedi bu mənim də davamdır.
“Təbriz aksiyalarında bir yenilik var idi. Keçmişdə İranın mərkəzində olan mitinqlər və aksiyalara Azərbaycan uzaqdan baxırdı. Deyirdi bu dava mənim davam deyil. Amma bu dəfə Azərbaycan dedi bu mənim də davamdır. Niyə? Çünki Əl-Əhvaz milləti ilə, ərəblər ilə eyni assimilyasiya və müstəmləkə siyasətinə məruz qalır. Əl-Əhvazın özünün əsas suları ki, Kərxə və Karun çaylarıdır, dövlət illərdir plan tökür və aparır Yəzdə, İsfahana filana. Bu müstəmləkəçi və ayrı-seçkilikçi siyasəti insanlar açıq şəkildə gördü. Elə oldu ki, Əl-Əhvazda insanlar gözlərini açıb gördü ki, içməyə suları yoxdur,” Mahmud Bilgin söyləyir.
SEE ALSO: Təbrizdə ərəblərə dəstək aksiyası Tehrana mesaj idimi?O, son aksiyaları bir dönəmin başlanğıcı kimi dəyərləndirir: “Bu, Azərbaycan milli hərəkatında bir dönüş nöqtəsi idi. Siyasi baxımdan da İranlı müxaliflər arasında və türk bölgələrində bir gücün nümayişi idi. Onlar tək başına yox, bəlkə ərəblərlə birlikdə, bəluçlarla, qeyri-fars millətlərlə və bəlkə farsların demokratları ilə birlikdə diktatora qarşı qalxmaq istəyir. Amma öz hüquqlarını əsas tutaraq, türkcə şüarlar səsləndirərək.”
"Azadlıq, ədalət, milli hökümət" şüarı yəni, həm azadlıq tələb edirik, həm milli hökümət istəyirik, amma milli hökümətin mahiyyəti də ədalətçilik olmalıdır.
Bilginin sözlərinə görə, “2006-cı il may qiyamı türkçülük baxımından bir dönüş nöqtəsi oldu. Bu etirazlar da siyasi baxımdan dönüş nöqtəsi idi. Necə? Biri budur ki, siyasi şüarlar verildi. Bir də, siyasi təşkilatlar birləşib, bu etirazlara dəstək verdilər. Yəni, daxil ilə xaricin bir-birinə bağlanması və siyasi təşkilatların birləşməsi ilə həyata keçirildi.”
Siyasi fəal Təbriz aksiyalarında səsləndirilən yeni şüarlara diqqət çəkərək deyir ki, “təbii ki, keçmişdəki kimi ‘haray haray mən türkəm!’ şüarı var idi. Ancaq, bu dəfə ‘Azərbaycan, Əl-Əhvaz, ittihad ittihad’ şüarı da verildi və bir dənə də aparıcı şüar, bizim taktiki deyil, strateji şüarımız, ‘haray haray mən türkəm’ şüarı qədər dəyərli bir şüar verildi; ‘azadlıq, ədalət, milli hökumət’. Yəni, həm azadlıq tələb edirik, həm milli hökumət istəyirik. Amma milli hökumətin mahiyyəti də ədalətçilik olmalıdır. Burada həm gələcək üçün proqramdan söz edilir, həm də bizim keçmişdə 1945-də qurulmuş hökumətimiz himayə olunur.”