Accessibility links

Oğuz Türk: “İranda türk və ərəb icmalarının iş birliyi hakimiyyətin sonunu gətirə bilər”


Oğuz Türk
Oğuz Türk

İran Azərbaycanındakı milli hərəkata mənsub qüvvələr bir müddətdir ərəb icmasının yaşadığı Əhvaz bölgəsində su qıtlığı ilə əlaqədar baş qaldıran kütləvi etirazlara dəstək bildirir.

Oğuz Türk: “İranda türk və ərəb icmalarının iş birliyi hakimiyyətin sonunu gətirə bilər”
please wait

No media source currently available

0:00 0:15:38 0:00


Amerikanın Səsinə danışan siyasi fəal Oğuz Türk İranın qeyri-fars icmaları arasında türk və ərəb iş birliyinin xüsusi önəm daşıdığını vurğulayır.

Əl-Əhvazın ərəb milləti ilə Güney Azərbaycanın türk millətinə baxanda istəklər, yollar və yönlər haradasa uyuşur. Onlar da İran işğal sistemindən qurtulmaq istəyir. Güney Azərbaycan da bunu istəyir.

O, hesab edir ki, türk və ərəb icmaları arasında iş birliyi İran hakimiyyətinin sonunu gətirə bilər.

“Məsələn Əl-Əhvazın ərəb milləti ilə Güney Azərbaycanın türk millətinə baxanda istəklər, yollar və yönlər haradasa uyuşur. Hər şeyləri paraleldir. Onlar da İran işğal sistemindən qurtulmaq istəyir. Güney Azərbaycan da bunu istəyir,” Oğuz Türk söyləyir.

Siyasi fəal əlavə edir, “əməldə də ən önəmli iş birliyi həm içəridə həm eşikdə Əl-Əhvaz və Azərbaycan arasındadır. Çünki bu İran hakimiyyətinin, bu devin şişəsi ərəb və türk millətinin əlindədir. İran hakimiyyətini haradan vursan inciyər? İqtisadiyyatdan. Bunlar necə bizə hakim olub? Necə raketləri göndərirlər Yəmənə və Livana? O pullar haradan gəlir? Əhvaz və Azərbaycandan gəlir. Ona görə bu iki millət bir-biri ilə iş birliyinə daha yaxındır.”

Oğuz Türk hesab edir ki, qeyri-fars icmalar arasında düzgün bir iş birliyi bu icmaların istiqlalçı qüvvələri arasında həyata keçirilə bilər.

İran hakimiyyətini haradan vursan inciyər? İqtisadiyyatdan. Bunlar necə bizə hakim olub? Necə raketləri göndərirlər Yəmənə və Livana? O pullar haradan gəlir? Əhvaz və Azərbaycandan gəlir. Ona görə bu iki millət bir-biri ilə iş birliyinə daha yaxındır.

“Bu sistem istəyir bizə desin, orada bir İran var və bir İran milləti var. Amma, biz məsələyə belə baxmırıq. Biz deyirik ki, Güney Azərbaycan var, Əl-Əhvaz var ki, öncədən Ərəbistan adlanırdı, Kürdüstan, Güney Türkmənistan (Türkmənsəhra), Bəluçistan və Farsistan var. Yəni biz bunların heç birinə qövm (etnik icma) demirik. Biz deyirik, burada millətlər yaşayır,” o, qeyd edir.

Oğuz Türk əlavə edir ki, “istiqlalçılıqda fərdi haqlar və insan haqları daha çox milli haqlarla ümumiləşib. Orada bir inkişaf olub. Biz indi bilirik ki, hətta fərdi haqlar, qadın haqları, insan haqları, bütün hüquqlar yalnız və yalnız milli suverenlik olduğunda əldə edilər. Bu məsələdə biz bu millətlərin hamısı ilə müştərəkik. Biz məsələni endirmirik. Milli hərəkatımız buna enməyəcək ki, gəlib bu qədər zülmdən sonra məsələn deyək ki, siz icazə verin bizim dilimiz məsələn rəsmi dil olsun.”

XS
SM
MD
LG