Siyasi fəal Mahmud Bilgin deyir ki, pandemiya dönəmində müxtəlif hökumətlər müxtəlif ölçülərə əl atdılar və görülən tədbirlər bu dövlətlərin mahiyyətləri haqda çox şey deyir. Onun sözlərinə görə, başqa hökumətlərdən fərqli olaraq, "İran hakimiyyəti bu fürsətdən istifadə edə bilmədi, millətinin yanında durmadı. Ən pis şəraitdə çörəyin qiymətini belə bahalaşdırdı.”
Your browser doesn’t support HTML5
Amerikanın Səsinə müsahibədə İran hakimiyyətinin COVID-19 pandemiyası ilə bağlı yürütdüyü siyasəti şərh edərkən Bilgin İslam Respublikasında baş verənləri ən azı qaçırılmış fürsət kimi dəyərləndirir.
Koronavirusdan öncə, İran Ukrayna təyyarəsini vurub 174 nəfər öz vətəndaşını öldürmüşdü. Etiraz aksiyalarını basdırıb, nə qədər insan öldürmüşdü. Rejimə qarşı bir nifrət yaranmışdı. Pandemiya ilə rejimə bir fürsət gəldi ki bu durumu dəyişdirsin.
“Koronavirusdan öncə, İran Ukrayna təyyarəsini vurub 174 nəfər öz vətəndaşını öldürmüşdü. Etiraz aksiyalarını basdırıb, nə qədər insan öldürmüşdü. Rejimə qarşı bir nifrət yaranmışdı. Pandemiya ilə rejimə bir fürsət gəldi ki bu durumu dəyişdirsin. Amma bundan istifadə edə bilmədi və xalqla hakimiyyət arasında mövcud olan etimadsızlıq dərinləşdi. Çünki dövlət bu pis şəraitdə millətə sahib çıxmadı.”
Mahmud Bilgin pandemiyanın ortasında Təbrizdə çörəyin qiymətinin 40 faiz artmasına diqqət çəkərək deyir ki, İranda hakimiyyət əsasən xalqın dəstəyinə möhtac olmadığı üçün, xalq arasındakı imicinə də önəm vermir.
“Hakimiyyət xalqı özündən bilmədiyi üçün, xalqın səsinə ehtiyacı olmadığı üçün, öz imicinə əhəmiyyət vermir. Yəni, bir hökümət o zaman çalışar düzgün işlər görsün ki, ciddi rəqibləri ola, demokratik bir şərait ola, insanların səsi ilə hakimiyyətə gəlmiş ola. Bu çörəyin bahalaşdırılması məsələsində də görünür ki, bu hakimiyyət öz imicinə əhəmiyyət vermir. Çünki dörd il sonra seçkilərdə hakimiyyət dəyişməyəcək ki,” siyasi fəal bəyan edir.
SEE ALSO: Təbrizlilər pandemiyanın ortasında çörəyin bahalaşmasına etiraz edirlərO əlavə edir, “çörəyin 40 faiz bahalaşdırılması çox böyük məsələdir. Heç bir ölkə indiki förvqəladə durumda ki, insanlar yardıma möhtacdır, bunu etməz. Bu baxımdan İranı dünyada heç bir ölkə ilə müqayisə etmək olmaz. Amma biz bunun əksini görürük. Türkiyədə hökümət evlərə çörək dağıdır, ehtiyac sahiblərinə yardım edir. Niyə? Buna görə ki, hökümət yenidən səs alıb və seçilmək istəyir. Tək çörək deyil ki, çörəyin bahalaşması ilə, təbii ki, bunun tüstüsü öncə gedir o yoxsulun gözünə ki, sadəcə çörəklə yaşayır. Amma bu bahalıq digər ərzaq üzərində də təsir göstərəcək.”
O hökümətlər ki, bu günlərdə öz millətlərinə yardım ediblər, onlar bunun meyvəsini görəcəklər. Amma İran hakimiyyəti nə etdi? Ən pis şəraitdə ki millətin dövlətin maddi yardımlarına ehtiyacı var idi, gəldi çörəyi 40 faiz bahalaşdırdı.
Mahmud Bilgin koronavirus üzündən qloballaşmaya inamın azalacağı və milli dövlətlərin güclənəcəyinə dair şərhlərə münasibət bildirirək, bunun İran kontekstində fərqli şəkildə təzahür edəcəyini önə çəkir:
“Doğrudur, koronavirus səbəb oldu ki, dünya səviyyəsində liberal iqtisadiyyat, azad iqtisadiyyat və dövlətin zəif olması düşüncəsi zəiflədi. Əvəzində sosial demokratik baxış gücləndi. Əlbəttə bu demokratik ölkələrdə belədir... Yəni o ölkələrdə ki, sosial yardımlarla xalqın etimadını daha çox qazandılar və bu dönəmi daha az xəsarətlə idarə etdilər. Bu əsasda da xüsusilə Avropada milliyyətçilik gücləndi ki, biz Avropa Birliyinə toplaşmışdıq, amma indi hər ölkə öz fikrindədir. Amma İrana gələndə, İran çox-millətli bir ölkə olduğu üçün, ola bilər ki, fars milliyyətçiliyi çoxalsın. Bu əhalinin 70 faizi olan qeyri-farslar üzərində belə təsir göstərməyəcək.”
Siyasi fəal əlavə edir, “qaldı milli dövlətlərin güclənməsi məsələsi. İranda bütün güclərin bundan artıq dövlətin əlinə keçməsi mümkün olmaz. Onsuz da indi hər şey Xameneyinin əlindədir. Bir də, o hökümətlər ki, bu günlərdə öz millətlərinə yardım ediblər, onlar bunun meyvəsini görəcəklər. Amma İran hakimiyyəti nə etdi? Ən pis şəraitdə ki millətin dövlətin maddi yardımlarına ehtiyacı var idi, gəldi çörəyi 40 faiz bahalaşdırdı.”