Koronavirus pandemiyası başlanan gündən Rusiya hökuməti xəstəliyin miqyası barədə informasiyanı gizlətməyə çalışıb, deyə təhlilçi Mariya Sneqovaya bildirir.
Vaşinqtonda yerləşən Heritage (İrs) Fondununda təşkil olunan “Koronavirus ört-basdırları” başlıqlı vebinarda çıxış edən Avropa Siyasət Təhlili Mərkəsinin (CEPA) eksperti bir çox avtoritar rejimlər kimi Rusiyanın da böhrana reaksiyasının məxfliyi saxlamaqla səciyyələndiyini deyir.
O, Prezident Vladimir Putin hökumətinin xəstəlik barədə ilkin sükutunu Çernobılda atom elektrik stansiyasında partlayışdan sonrakı sovet rəhbərliyinin, yaxud Putinin özünün Kursk sualtı nüvə qayığı batarkən sərgilədiyi davranışla müqayisə edir.
Belə ki, Rusiyada yanvar-fevral aylarında virus qurbanları güman edilənlərin çoxu sətəlcəm xəstələri kimi qeydiyyatdan keçirilirdi.
Əvvəl-axır həqiqət üzə çıxanda, minlərlə adamın xəstəliyə yoluxduğu bəlli olanda isə Kreml taktikasını dəyişməyə üz tutdu. Mübarizınin önündə gedən həkimlərin susdurulması və hökumətin göstərdiyi səylərin effektvliyi barədə təbliğat istiqamətində addımlar atılmağa başlandı.
Hazırda Rusiya hökuməti təsdiqlənmiş koronavirusya yoluxma hallarının 100,000 civarında olduğunu bildirir. Lakin Sneqovayanın sözlərinə görə, bu statistikanı da şübhə altına almaq üçün kifayət qədər əsaslar var. Belə ki, xəstəxanalarda həkim və tibb işllərinə xəstəlik haqda məlumat yayılmasına qadağalar qoyulub və çoxlarına xəbərdarlıq edilib.
Ekspert daha sonra Rusiya hökumətinin böhranın öhdəsində gəlmək üçün kifayət qədər iqtisadi resurslara malik olmadığına diqqət çəkir. Belə ki, Qərbin maliyyə sanksiyaları ilə üzləşən Rusiyada karantin rejiminin tətbiq olunması ilə işsizlik xeyli artıb və hökumət insanların rifah halını yaxşılaşdırmaq üçün kifayət qədər yardım göstərmir. Əvəzində, karantin rejimini pozan vətəndaşlara qarşı cərimələr geniş hal alıb.
“Çubuq var, ancaq kökə yoxdur,” deyə Sneqovaya Rusiya hökumətinin öz vətəndaşlarına ilə bağlı pandemiya tədbirlərini səciyyələndirir.
İRAN
Heritage Fondunun aparıcı təhlilçisi Ceyms Fillips İranın pandemiyaya qarşı tədbirlərini müzakirə edərkən oxşar müddəalara toxunur.
Çindən sonra İranı COVID-19-un ikinci episentri kimi təsvir edən Fillips İslam Respublikası liderlərinin pandemiya siyasətini “səriştəsizlik”, “yalan” və “xudbinlik”lə səciyyələndirrir.
İlk öncə pandemiyanın olduğunu danan, vaxtında adamların kütləvi toplaşdığı məkanları, ələlxüsus valyuta mənbəyi olan Qum dini mərkəzlərini qapatmaqdan imtina edən İran hökuməti elə ilk günlərdən heç bir dəlil-sübutsuz COVID-19 virusunu Amerikanın icadı kimi qələmə verməyə çalışdı. Rejim başladığı dezinformasiya kampaniyası əsnasında virusun mənşəyi barədə uydurma nəzəriyyələrə yaymaqla əhalini çaşdırdı və öz səbatsızlığı ucbatından minlərlə adamın ölümünə bais oldu, Fillips müşahidə edir.
İdeoloji rejim olaraq İran rəhbərliyi ilk növbədə virusa qarşı mübarizədən öz məqsədləri üçün istifadə etmək yollarını arayır. Bu xüsusda daxildə virusun təsirlərini gizlədən rəsmilər, xaricdə İranın virusdan əziyyət çəkdiyinə və bu üzdən ABŞ sanksiyalarının yüngülləşdirilməsinin vacib olduğuna diqqət çəkirlər. Halbuki ABŞ sanksiyaları açıq şəkildə humanitar və tibbi yardımlara heç bir qadağa tətbiq etmir.
İranın məsuliyyətsiz davranışı ilə təkcə öz əhalisni deyil, qonşu dövlətləri də təhlükə altına qoyduğunu vurğulayan Heritage Fondunun eksperti ali dini rəhbər Ayətullah Xameneyi və Prezident Həsən Ruhaninin bu xüsusda öz yalan və dezinformasiya dolu çıxışları və bəyanatları ilə oynadıqları müstəsna rollara diqqət çəkir.
“COVID-19 İran üçün propaqanda müharibəsində yeni bir cəbhəyə çevrilib,” deyə Fillips Tehranın Yəmən və Suriya kimi yerlərə regional ambisiyalarına miyonlarla dollar xərclədiyi halda əhalinin rifah halını yaxşılaşdırmaq naminə tədbirlə görmədiyinə, əksinə - durumun yüngülləşdirməsinə xidmət edəcək ölçülərin qarşısını aktiv şəkildə aldığını qeyd edir.