Liviyanın Milli Keçid Şurasının əsgərləri Sirt şəhərinə qarşı yenidən hücuma keçib. Onlar Müəmmər Qəzzafiyə sadiq döyüşçülər tərəfindən müqavimətlə üzləşib. Qəzzafinin vətəni olan bu şəhərdə əsgərlər raket yağışı və arteleriya silahlarının gülləbaranı ilə qarşılanıb.
Liviyanın sabiq prezidentinin yeri hələ də bəlli deyil. Reuters xəbər agentliyi Qəzzafinin sözçüsü Musa İbrahimə istinadən onun Liviyada olduğunu bildirib. Sözçü NATO-nun hava zərbələri nəticəsində Sirt şəhərində 350 mülki vətəndaşın öldürüldüyünü də deyib.
Bu arada, Türkiyə 22 min ton humanitar yardımın paraşütlarla Bani Valid şəhərinə çatdırıldığını bəyan edib.