Accessibility links

Türkiyə rəsmisi Liviya vəsaitlərinin müxalifət hökumətinə verilməsinə çağırır


Türkiyə rəsmisi Liviya vəsaitlərinin müxalifət hökumətinə verilməsinə çağırır
Türkiyə rəsmisi Liviya vəsaitlərinin müxalifət hökumətinə verilməsinə çağırır

Türkiyə xarici işlər naziri BMT-ni Liviyanın maliyyə vəsaitlərinə qoyulan dondurulmanı aradan qaldırmağa çağırıb.

Əhməd Davudoğlu bu çağırışı İstanbul şəhərində, 30-a yaxın ölkənin diplomatlarının toplaşdığı görüşdə edib.

Liviya Təmas Qrupuna BMT, Avropa İttifaqı, NATO, Afrika İttifaqı və Liviyanın Milli Keçid Şurasının üzvləri daxildir.

Çərşənbə günü ABŞ BMT Təhlükəsizlik Şurasını 1.5 milyard dollar həcmində Liviya vəsaitlərini azad etməyə çağırmışdı. Bu vəsaitlər BMT-nin Qəzzafiyə qarşı tətbiq etdiyi sanksiyalardan sonra dondurulmuşdu.

XS
SM
MD
LG