Liviya müvəqqəti hökuməti Sirtin alınmaq üzrə olduğunu bildirir

  • Amerikanın səsi

Liviya müvəqqəti hökuməti Sirtin alınmaq üzrə olduğunu bildirir

Liviya inqilabi qüvvələri sabiq lider Müəmmər Qəzzafinin tərəfdarlarını sıxışdırdıqca mülki vətəndaşlar küçə döyüşlərindən canlarını qurtarmağa çalışırlar.

Müvəqqəti hökumət qüvvələrinə məxsus tanklar və artilleriya Qəzzafi loyalistlərini iki məhəlləyə sıxışdırdıqdan sonra yandırılmış maşınlar yolları bağlayıb.

"Biz onları bir kvadrat kilometrlik əraziyə salmışıq," deyə Benqazi qüvvələrinin komandiri Yunis El Abdali bildirib. O, əmin olduğunu deyib ki, günün sonunadək Qəzzafi qüvvələri məğlub ediləcək.

Sirtə hücum edən qüvvələrin çoxu kənardan gəlmiş adamlardan ibarətdir. Sirti daha yaxşı tanıyan Qəzzafipərəst qüvvələr bu baxımdan müəyyən üstünlüyə malikdir. Sirtin bəzi sakinləri də Qəzzafi tərəfdarları ilə yanaşı vuruşur.