Accessibility links

Liviyanın tam azad edildiyi bazar günü elan ediləcək


Liviyanın tam azad edildiyi bazar günü elan ediləcək
Liviyanın tam azad edildiyi bazar günü elan ediləcək

Liviyanın müvəqqəti hökumətinin liderləri ölkənin tam azad edildiyini bazar günü elan etməyə hazırlaşır. Bu addım Liviyada yeni hökumət quruculuğu prosesinin başlaması üçün yol açacaq. Milli Keçid Şurasının rəsmiləri bunu hökumət əleyhinə hərəkatın mərkəzi olan Benqazidə elan edəcəklərini bildiriblər. Bundan öncə Milli Keçid Şurasının ölkənin tam azad edildiyini şənbə günü elan edəcəyi bildirilmişdi. Bunun təxirə salınmasının səbəbi açıqlanmayıb. Bu gün habelə müvəqqəti hökumətin Baş naziri Mahmud Cibril Liviyadayeni konstitusiyanı hazırlayacaq milli şuranın üzvlərinin seçiləcəyi ilk seçkilərin səkkiz ay müddətində keçiriləcəyini bildirib.

XS
SM
MD
LG