Əli Abdulla Salehin ABŞ-da müalicəsinə icazə verildi

Əli Abdulla Salehin ABŞ-da müalicəsinə icazə verildi

ABŞ bildirib ki, hakimiyyəti tərk etməkdə olan Yəmən prezidenti Əli Abdulla Salehin müalicə olunması üçün məhdud zaman kəsiyində Amerikaya gəlməsinə icazə veriləcək.

Dövlət Departamenti dünən açıqladığı bəyanatda cənab Salehin müraciətinin qəbul edildiyi və müalicə məqsədi qısa müddət ərzində ABŞ-da qalacağı bildirilib.

Ölkəni tərk etməmişdən əvvək televiziya ilə yayımlanan vida çıxışında Yəmən lideri 33 illik avtokratik hakimiyyəti dövrü etdiyi bütün səhvlərə görə xalqın onu bağışlamasını istəyib.

O, habelə Yəmənə qayıdacağına və hakim partiyaya rəhbərliyinə davam edəcəyinə söz verib.

Cənab Saleh iyun ayında prezident iqamətgahına edilən bomba hücumu zamanı ağır bədən xəsarətləri almışdı.