Accessibility links

Yəməndə prezident Əli Abdulla Salehin yerinə yeni ölkə başçısı seçilir


Yəməndə prezident Əli Abdulla Salehin yerinə yeni ölkə başçısı seçilir
Yəməndə prezident Əli Abdulla Salehin yerinə yeni ölkə başçısı seçilir

Yəmənlilər bu gün ölkədə prezident seçkisində səs verir. Ölkəni 33 idarə etmiş prezident Əli Abdulla Salehin yerinə konsensus əsasında razılaşdırılmış yeganə namizəd onun müavini, vitse-prezident Abed Rabbo Mənsur Hadidir. Lakin prezidentin oğulları və qohumları orduda və təhlükəsizlik xidmətində aparıcı vəzifələri tutmağa davam edəcək.

Vitse-prezident Hadinin sözlərinə görə, səsvermə cənab Salehin hakimiyyətinə qarşı bir ildir davam edən etiraz nümayişlərindən sonra ölkənin irəliyə doğru addımlaması üçün yol açır.

Paytaxt Sənada seçici fəallığının yüksək olduğu, səsvermə məntəqələri, məktəblər və məscidlərin qarşısında uzun növbələrin yarandığı xəbər verilir. Lakin ölkənin cənubunda yerli separatçılar seçkiləri boykot edəcəkələrini deyib. Burada seçki fəallığının aşağı səviyyədə olacağı gözlənilir.

ABŞ-ın dəstəyi ilə Yəmənlə Körfəz bölgəsindəki ölkələrin əldə etdiyi razılığa əsasən, cənab toxunulmazlıq statusu almaq şərtilə hakimiyyətdən getməyə razı olmuşdur. Vitse-prezident Hadi prezident Salehin hakim partiyasıv və müxalifət koalisiyasının əldə etdiyi konsensusa əsasən, seçkilərdə yeganə namizəd kimi irəli sürülmüşdür.

XS
SM
MD
LG