Hüquq müdafiəçisi prokurorluqda 9 saat dindirildikdən sonra ofisində və evində axtarış aparılıb. Leyla Yunusa bir sutkadan çoxdur dincəlməyə imkan verilməyib. Arif Yunus isə xəstəxanadadır
Aprelin 29-da axşam saatlarında Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun mənzilində də axtarış aparıb. Axrtarışdan sonra Leyla Yunus azad buraxılıb.
Hüquq müdafiəçisinin təkidi ilə axtarış zamanı vəkili Xalid Bağırovla yanaşı 5 nəfər KİV və vətəndaş cəmiyyəti təmsilçisi – ekspert Azad İsazadə, Turan agentliyinin direktoru Mehman Əliyev, Azadlıq qəzetinin şərhçisi Seymur Həziyev, vəkil Cavad Cavadlı və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılova iştirak edib.
Axtarış zamanı bir sıra sənədlər və çap məhsulları götürülüb.
Mənzildə kompyuterlər olmayıb. Leyla və Arif Yunusun fərdi kompyuterləri bu gün aeroportda onlar saxlanılarkən və SDİ-nin ofisində axtarış zamanı götürülüb.
Axtarışdan sonra protokol tərtib edilib. Hüquq mühafizə orqanlarının əməkdaşları Leyla Yunusun mənzilini tərk edib.
Leyla Yunusun vəkili Bağırov Turana deyib ki, L.Yunus şahid qismində cəlb edilib və təbii ki, ondan ölkəni tərk etməmək barədə iltizam alınmayıb. Amma onun xarici pasportu qanunsuz olaraq alınıb və sənədin qaytarılması üçün çalışacaqlar.
Arif Yunusa gəlincə, vəkilin sözlərinə görə, o, bu işlərə cəlb edilməyib. O hətta şahid belə deyil, deyə Bağırov bildirib.
***
Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun (SDİ) Nizami küçəsi, 63 ünvanında yerləşən ofisində axtarış saat 19.00 radələrində başa çatıb.
Axtarış 5 hüquq-mühafizə orqanı işçisi tərəfindən aparılıb. Bu zaman, Yunusun israrı ilə baş verənləri həmçinin SDİ rəhbərinin etibar etdiyi 5 media və vətəndaş cəmiyyəti nümayəndəsi müşahidə edib.
Axtarış prosesinə şahidlər də cəlb edilib.
Yoxlayanlar bütün kompüterləri, Arif Yunusun kitablarını, müxtəlif çap materiallarını, o cümlədən Yunusların iştirakı ilə keçirilən konfranslardan materialları müsadirə ediblər.
Axtarışın yekunlarına görə protokol tərtib edilib.
Ofisdən sonra Yunusun mənzilində də axtarış aparılıb.
***
“Mənə artıq bir sutkadır ki, yatmağa, dincəlməyə imkan vermirlər. Hətta tualetə də belə buraxmırlar. Bu işgəncədir, vətəndaş cəmiyyətinin məhvinə yönəlmiş hərəkətdir”, deyə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus prokurorluqda 9 saat dindirildikdən sonra jurnalistlərə bildirib.
Prokuroluğun qarşında olan Amerikanın Səsinin müxbiri bildirir ki, Yunus dindirilmə zamanı aprelin 19-da dövlətə xəyanətdə şübhəli şəxs qismində həbs edilmiş “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovla bağlı suallar verildiyini deyib.
Leyla Yunus çox yorğun və halsız görünür.
Vəkil Xalid Bağırov Amerikanın Səsinə bildirib ki, saat 16.25-də Sülh və Demokratiya İnstitutunun ofisində axtarış başlanıb.
Vəkil hüquq müdafiəçisinin saxlanmasını qanunsuzluq adlandırıb. “Leyla Yunus və həyat yoldaşı saxlanarkən qanunvericilik normaları kobud şəkildə pozulub. Onun saxlanması haqqında qərar olmasa da o və həyat yoldaşı faktiki saxlanıb. Onların sərbəst hərəkət hüququ pozulub”, deyə o qeyd edib.
Vəkil Leyla Yunusun prokuroluqda şahid qismində dindirldiyini deyib.
Belə ki, aprelin 29-da yerli vaxtla saat 7-də hüquq müdafiəçisi Leyla Yunusun Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində başlanan dindirilməsinə 9 saatdan sonra, saat 16-da ara verilib. Saat 16-da müstəntiqlər hüquq müdafiəçisini evində və ofisində axtarış aparmaq üçün aparıblar.
Leyla Yunus aprelin 28-də saat 22 radələrində Bakı hava limanında həyat yoldaşı Arif Yunusla birgə saxlanıb. Hüquq müdafiəçisi və həyat yoldaşı mühafizə altında aprelin 29-da saat 4 radələrində evində axtarış aparılması üçün gətirilib. Bu zaman Arif Yunusun səhhəti pisləşib, o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Saat 7-də evdə axtarış aparılmadan hüquq müdafiəçisi ifadə vermək üçün prokurorluğa aparılıb.