Leon Panetta Tripolidədir

  • Amerikanın səsi

Leon Panetta Tripolidədir

ABŞ-ın müdafiə naziri Leon Panetta Liviyanın müvəqqəti hökumət nümayəndələri ilə danışıqlar məqsədi ilə Tripolidədir. Cənab Panettanın Liviyanın baş naziri Əbdürrəhim Əl-Kib və müdafiə naziri Üsamə Əl-Juvali ilə görüşüb. Nazir Liviyanın yeni hökumətinin demokratiya qurmağa nail olacağından əminliyini dilə gətirib. O deyib ki, liviyalıların gələcəklərinin yeni səhifəsini açır və onların beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı var.

Daha əvvəl Amerikanın müdafiə naziri müxbirlərə bildirmişdi ki, səfərinin məqsədi inqilabdan sonrakı vəziyyəti gözü ilə görmək və Qəzzafini hakimiyyətdən devirənlərə təşəkkürünü bildirməkdir.

Səfər Amerikanın Liviyaya qarşı sanksiyaların əksəriyyətini ləğv etməsindən sonraya təsadüf edir. Dünən Liviya hökumətinin dondurulan 30 milyardlıq hesabı açılmışdır. BMT Liviyanın 150 milyard dollarlıq hesabını dondurmuşdu. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Haq Avropa İttifaqından Liviyanın dondurulmuş 10 milyard dollarlıq hesabının açılmasını istəyəcəyini bildirib.