Kərim Əsgəri son vaxtlar İran Azərbaycanı və Tehranda türklərə qarşı basqıların çoxalmasının İslam Respublikası hazırkı siyasi durumu ilə əlaqədar olduğunu ifadə edir.
Your browser doesn’t support HTML5
Siyasi şərhçi Amerikanın Səsi ilə söhbətdə deyir ki, “milli fəallar hər zaman İran hakimiyyətinin basqılarına məruz qalıblar, amma son zamanlar tətbiq olunan basqılarda fərqliliklər var.”
Keçən həftələrdən bəri İran Azərbaycanı və Tehranda məhkəmələr türk fəallara qarşı ardarda həbs hökmləri çıxarırlar. Həmçinin Qərbi Azərbaycan vilayətində türkcə-farsca “Yol Press”, “Açıq Yol” və “Çiçest” nəşrlərinin fəaliyyətinə ali təhlükəsizlik şurasının şikayəti ilə son verilib.
İran hakimiyyəti hər zaman milli fəallara qarşı fərqli hökmlər və siyasətlər ilə basqı tətbiq etmişdir. Amma son zamanlar işin içində bir fərqlilik var.
Kərim Əsgərinin sözlərinə görə, “İran hakimiyyəti hər zaman milli fəallara qarşı fərqli hökmlər və siyasətlər ilə basqı tətbiq etmişdir. Amma son zamanlar işin içində bir fərqlilik var... Misal üçün gənc nəsil ki, idman və Traktor komandası ilə bağlı fəaliyyət edir və kimliyinə sahib çıxır, buna 13 il həbs verirlər. Fəalların həbs müddətinin bitməsinə rəğmən onların həbsdən çıxmasına izin vermirlər. Fəalları qondarma hökmlərlə həbsdə tutmağa çalışırlar. Qadın milli fəalları haqsız yerə zindanlarda tuturlar.”
O, bu basqıların İran İslam Respublikasının hazırkı siyasi vəziyyəti ilə əlaqəli olduğunu önə çəkir:
“Son zamanlar tətbiq edilən bu həbslər və basqılar öncəkilər ilə biraz fərqlidir. Bu fərqliliyi isə İranın hazırkı durumu ilə, istər daxili istər xarici bazada, əlaqələndirmək olar... Amma buna da diqqət etmək lazimdir ki, Azərbaycan Milli Hərəkatının söyləmi güclənməkdədir və artıq toplumun hər yerində öz təsirini buraxıb və tərəfdarlar qazanmışdır.”
Ölkə daxilində fəaliyyət göstərən bəzi fəallar soruşurlar ki, ağır iqtisadi-siyasi böhranlar yaşayan İran hakimiyyəti niyə daxildə birlik və bərabərlik mesajları vermək yerinə qeyri-fars icmalara basqıları artırır?
SEE ALSO: Avşar Abbasi: Türk fəallara basqıların artması İran millətçilərinin tələbi idiKərim Əsgəri bunun qismən hakimiyyət orqanları arasındakı natarazlıqdan asılı olduğunu, qismən də rəsmi siyasətin tətbiq edildiyini söyləyir. Onun fikrincə, xarici təhlükəni hiss edən hakimiyyət qeyri-fars fəallara basqını artırıb.
Bu fərqliliyi isə İranın hazırkı durumu ilə, istər daxili istər xarici bazada, əlaqələndirmək olar. Amma, buna da diqqət etmək lazimdir ki, Azərbaycan Milli Hərəkatının söyləmi güclənməkdədir...
“Mən bunun səbəbinin bir az hakimiyyət içindəki tarazsızlıq olduğunu düşünürəm. Onun yanında bir də rəsmi siyasətin bir nəticəsi olaraq göürüəm. Misal üçün xarici siyasətdə ölkələrdə bir xarici işlər naziri və onun bir sözçüsü olar. İranda xarici siyasət bir neçə tribundan açıqlanır... Eyni məsələni İranın daxili siyasətində də görmək olar. Təhlükəsizlik nazirliyinin yanaşması, Sepah-ın yanaşması ilə İntizami qüvvələrin yanaşması isə hər ikisi ilə fərqlidir. Amma tamamən bir qutu içində yerləşdirmək istəsək, belə bir məsələ var, İran xüsusilə son vaxtlar özünü ciddi şəkildə ABŞ tərəfindən təhlükədə hiss edir. Belə durumlarda ictimai problemləri siyasi problemə dönüşdürürlər ki, o fəallara basqı tətbiq etsinlər” - deyə, siyasi ekspert söyləyir.
Kərim Əsgəri əlavə edir, “məncə bu ağıllı bir siyasət deyil. Çünki daha sonra İranda daha ciddi problem olduğu təqdirdə, insanlar mərkəzi hakimiyyətin yanında deyil, o müxalif siyasi cərəyanların yanında yer alacaqlar.”