Kosovonun sabiq baş naziri bəraət aldı

Birləşmiş Millətlər Təşkilatı tribunalı Kosovonun keçmiş baş naziri Ramuş Haradinaca və müharibə cinayəti ilə bağlı başqa iki nəfərə bəraət qazandırıb.

Prokurorlar 1990-cı illərin sonlarında Kosovo müharibəsi zamanı bu adamların silahlı dəstə yaradaraq 16 mülki vətəndaşı oğurlamasını, onlara işgəncə verməsini və səkkiz nəfəri qətlə yetirməsini iddia edirdi.

Cənab Haradinac Kosovo Azadliq Ordusunun keçmiş komandiri olub. Prokurorların iddia etdiyi bu qrup, serbləri, qaraçıları və onlara qarşı olan digər mülki vətəndaşları Kosovonun qərbindən kənarlaşdıraraq nəzarəti ələ keçirəmək istəyirdilər.

Cümə axşamı baş ofisi Haaqada yerləşən məhkəmə Ramuş Haradinac, İdriz Balac və Lahi Brahimacın üzərindən bütün ittihamları götürərək, onların dərhal azad edilməsi barədə hökm çıxarıb. Hökm çıxarılan zaman məhkəmə zalını alqış səsləri bürüyüb.

Məhkəmə qərarı Kosovoda siyasətə qayıtmaq üçün Ramuş Haradinacın yolunu açır. O, 2005-ci ildə Kosovoda 100 gün baş nazir vəzifəsində çalışdıqdan sonra vəzifəsindən kənarlaşdırılmışdı. Cənab Haradinac Kosovadakı etnik albanların çoxu tərəfindən milli qəhrəman kimi qəbul olunur.