Kosovonun müstəqilliyi prosesini müşahidə edən çoxmillətli qrup sentyabr ayında ölkəyə bütün milli suveren hüquqların verilməsi haqda qərara gəlib.
İyirmi beş qərb dövlətindən təşkil olunmuş Beynəlxalq İşçi Qrup Serbiyanın iki milyonluq etnik alban əksəriyyətə malik keçmiş Kosovo vilayətinin müstəqilliyi və demokratik təsisatların qurulması prosesini müşahidə edir.
Kosovo 1999-cu ildə Serbiyanın o zamankı lideri Slobodan Miloşeviçin qüvvələrinin NATO tərəfindən bombardman edilərək devrilməsindən sonra beynəlxalq idarəçilik altında olub. 2008-ci ildə Kosovo Serbiyadan formal olaraq müstəqilliyini bəyan edib.
Beynəlxalq İşçi Qrupun bu addımı Kosovonun gələcəkdə Avropa İttifaqı və NATO-ya üzvlüyü prosesini asanlaşdıracaq.