Koreyanın sərnişin təyyarəsi məcburi Kanadada endirilib

Bomba partlayışı barədə xəbərdarlıq alandan sonra Koreyanın sərnişin təyyarəsi dünən məcburi Kanadanın hərbi bazasına enib. Vankuver şəhərinin beynəlxalq hava limanından Seula uçan Boinq-777 sərnişin təyyarəsi cəmi 25 dəqiqə idi ki, havaya qalxmışdı. Hücum təhdidi ilə Birləşmiş Ştatlardan zəng gəlib. Bundan sonra Boing -777 ABŞ-ın iki F-15 qırıcı təyyarəsinin köməyi ilə yaxınlıqdakı Vankover adasındakı Comox hərbi bazasına endirilib.

Koreya Hava Yollarının bildirdiyinə görə, yerə endirildikdən sonra təyyarədə yoxlanış aparıldığına görə uçuş iki saat gecikib.