“Cərimələr ödənilməyəcək qədər yüksək olarsa ifadə azadlığını əngəlləmək kimi də yorumlana bilər”
“ATƏT-in media üzrə təmsilçisi Dünya Miyatoviç Azərbaycanda internet KİV-lərə diffamasiyanın tətbiqi ilə bağlı açıqlama verib. Bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Amerikanın Səsinə müsahibəsində bildirib.
K.Tarqaya gəlincə o hesab edir ki, interneti qanun baxımından çərçivəyə almaq ola bilər. “Amma bu ölkədə bir şey var. 'Diffamasiya haqqında' qanun tez bir zamanda müzakirəyə çıxarılması məsələsi var. Bununla bağlı Milli Məclisdə işlərin aparılması lazımdır.”
O fikirləşir ki, qanunun qəbulunda keçid dövrü müəyyən edilə bilər.
“İndiki dövrdə, dolayısı ilə seçki ili olması ilə əlaqədar yanlış anlaşmalar ola biləcəyindən narahatçılıq keçirirəm”, o qeyd edib.
K.Tarqay Azərbaycan rəsmilərinin beynəlxalq təşkilatların tənqidlərinin tələsik verildiyi ilə bağlı dediklərinə də münasibət bildirib. “Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli izah etdiyi qanuna dəyişiklik yeni bir şey yaratmayıb. Sadəcə qanunu tamamlayıb. Qanunda indiyədək internet əksini tapmamışdı. Milli Məclisin iradəsi üstün iradə idi. Amma bəlkə biz münasibət bildirməkdə bir az tələsdik deyə narahatçılıq var”.
O ATƏT-in söz və ifadə azadlığı ilə bağlı prinsiplərinədn danışarkən bildirib ki, ATƏT-in prinsipləri kəsinliklə ifadə azadlığı və media azadlığı mövzusundadır. “Amma bu sərhədsiz demək deyildir. Yəni bu qanunla müəyyənləşdirilməlidir. Əlinə qələm alan hər kəs hər şey yazmamalıdır. Peşəkarlıq olmalıdır. Bu baxımdan Mətbuat Şurasının üzərinə vəzifə düşür”.
K.Tarqay cəzaların və cərimələrin artırılması ilə bağlı parlamentin son qərarları barədə deyib ki, qərarlar cəzalandırılma meylli deyil, tərbiyəvi olması lazımdır. “Cərimələr ödənilməyəcək qədər yüksək olarsa ifadə azadlığını əngəlləmək kimi də yorumlana bilər”.
O ATƏT Bakı ofisinin statusunun endirilməsi ilə bağlı rəsmi Bakının müraciəti ilə bağlı Vyanada görüşlər keçirildiyini deyib. “Amma müzakirələrin nə qədər davam edəcəyi, sonda olacaq, bu baxımdan indidən şərh vermək tezdir”, Tarqay qeyd edib.