Accessibility links

ATƏT-in Bakı ofisinin rəhbəri Naxçıvanda hüquq müdafiəçiləri ilə görüşüb


ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Naxçıvanda hüquq müdafiəçiləri ilə görüşür
ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Naxçıvanda hüquq müdafiəçiləri ilə görüşür

Görüşdə ictimai vəziyyətlə yanaşı ATƏT-in bölgədəki əməkdaşlığı barədə detallar müzakirə edilib

Noyabrın 14-də ATƏT-in Azərbaycandakı səfiri Koray Tarqay və qanunun aliliyi şöbəsinin rəhbəri Monika Marttinez Naxçıvan MR-da fəaliyyət göstərən Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzində, eləcə də USAİD və İREX-in maliyələşdirdiyi İcma Məlumat Mərkəzində olublar. Hər iki mərkəzin fəaliyyətilə yaxından tanış olan qonaqlar hüquq müdafiəçiləri Məlahət Nəsibova, Elman Abbasov və İlqar Nəsibovla görüşüblər. Görüşdə Naxçıvan MR-dakı ictimai vəziyyətlə yanaşı ATƏT-in gələcəkdə hər iki mərkəzlə əməkdaşlığı barədə detallar müzakirə edilib.

Səfir Naxçıvanda fəaliyyət göstərən siyasi partiyalardan AXCP, Müsavat və Ümüd partiyalarının yerli təmsilçiləri ilə görüşərək müzakirələr aparıb. Noyabrın 16-dək səfir Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşdükdən sonra bir sıra dövlət müəsissələrində görüşlər keçirəcək

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG