ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissincer CNN teleşirkətinin verilişində Rusiyanın Ukrayna siyasətini şərh edərək deyib ki, belə görünür, prezident Vladimir Putin Ukraynada əməliyyatları əvvəlcədən planlaşdırmayıbmış.
“Belə bir sual vermək lazımdır: O, Olimpiya oyunlarına 60 milyard dollar xərcləyib. Onlar açılışı və bağlanış mərasimlərində Rusiyanın normal ölkə olduğunu göstərməyə çalışdılar. Buna görə də onun üç gündən sonra Ukraynaya bilərəkdən hücuma başlamaq istəməsi mümkün deyil.”-deyə o bildirib.
Henri Kissincer Rusiya liderinin hərəkətlərinin çox güman ki nəzarətdən çıxan vəziyyətə reaksiya olduğunu qeyd edib.
“Fikrimcə, o hər zaman Ukraynanı özünə tabe etdirmək istəyib. Mənim görüşdüyüm ən məhur ruslar da, o cümlədən, Soljenitsın və Brodski kimi dissidentlər də həmişə Ukraynanı rus tarixi və mədəniyyətinin bir hissəsi sayıblar. Amma mən inanmıram ki, o bu dəfə vəziyyətin bu həddə çatmasını istəyirdi. Mənə elə gəlir ki, o, vəziyyətin tədricən inkişaf edəcəyini düşünürdü, bu isə daha çox onun fövqəladə vəziyyətə reaksiyasına oxşayır. Əlbəttə, onun bunu nəyə görə etdiyini izah etmək onun başqa bir ölkəni ilhaq etməsi, ya da sərhəddini keçməsinə bəraət qazandırmaq demək deyil. Lakin mən düşünürəm ki, əvvəlcə, biz Ukrayna problemini həll etməli, sonra isə Rusiya ilə münasibətləri müzairə etməliyik”-deyə Henri Kissincer CNN televiziyasına müsahibədə bildirib.