Accessibility links

Putin Ukraynanın şərqində separatçıları referendumu təxirə salmağa çağırıb



Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Rusiya tərəfdarı separatçıları bazar günü ölkənin bəzi vilayətlərinin statusu ilə bağlı referendumu təxirə salmağa çağırıb.

Moskvada ATƏT-in rotasiya üzrə prezidentliyini icra edən Didye Burkhalterlə görüşdən sonra danışan cənab Putin bu təkliflə Ukrayna hökuməti ilə dialoq üçün lazımı şəraitin hazırlanması məqsədilə çıxış etdiyini deyib.

Cənab Putin Kiyev rəsmilərini böhrana görə günahlandırmaqla yanaşı, onları çevriliş yolu ilə hakimiyyəti ələ keçirməkdə və radikal sağçılar və millətçi elementləri tərksilah edə bilməməkdə ittiham edib. Rusiya prezidenti harada yaşamasından asılı olmayaraq Ukrayna vətəndaşlarının maraqlarının nəzərə alaraq, böhranın ən tez zamanda həll edilməli olduğunu deyib.

Ukraynanın şərqində Donetsk şəhərində Rusiya tərəfdarı separatçılar vətəndaşları müstəqil Donetsk Xalq Respublikasının yaradılması ilə bağlı fikrirlərini bildirmək mayın 11-də referenduma çağırır.

Özünü Donetsk Xalq Respublikası adlandırılan qurumun lideri Denos Puşilin Röyters xəbər agentliyinə cənab Putinin təklifinin nəzərdən keçiriləcəyini deyib.
XS
SM
MD
LG