Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton Azərbaycanda müxalifətçilər barəsində çıxarılmış hökmlərlə bağlı bəyanatla çıxış edib.
Sənəddə toplaşmaq azadlığının pozulması və 2 aprel aksiyasında iştiraka görə fəalların həbsi ilə bağlı narahatlığın əksini tapdığı Avropa İttifaqının əvvəlki bəyanatlarını xatırladıb.
“Ketrin Eşton bu hadisələrin və daha dörd iştirakçısının həbsindən çox narahatdır. Bu hökmlər Azərbaycanın plüralist demokratiya qurmaq istiqamətindəki addımlarına uyğun deyil və xoşagəlməz siqnaldır”.
Xanım Eşton həmçinin müstəqil vəkillərlə bağlı vəziyyətdən narahatlığını ifadə edib, Azərbaycan hakimiyyətini demokratiya və qanunun aliliyi sahəsindəki öhdəliklərinə riayət etməyə çağırıb.
Xanım Eşton həmçinin müstəqil vəkillərlə bağlı vəziyyətdən narahatlığını ifadə edib, Azərbaycan hakimiyyətini demokratiya və qanunun aliliyi sahəsindəki öhdəliklərinə riayət etməyə çağırıb.