Accessibility links

Katrin Aşton: Azərbaycan fundamental azadlıqlara hörmət etməlidir!


Katrin Aşton: Azərbaycan fundamental azadlıqlara hörmət etməlidir!
Katrin Aşton: Azərbaycan fundamental azadlıqlara hörmət etməlidir!

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Təmsilçisi Katrin Aşton Azərbaycanda müxalif nümayişçilərə oxunan həbs hökmü ilə bağlı bəyanat verib. Bəyanatda Azərbaycan hökumətinin dinc nümayişçilərə qarşı götürdüyü cəzalandırıcı ölçülər toplaşma azadlığının pozulması kimi dəyərləndirilir və əvvəlki tənqidlərə baxmayaraq aprelin 2-də keçirilmiş nümayişlə bağlı məhkum edilənlərin ümumi sayının indi 14-ə çatdığı bildirilir.

“Ali Təmsilçi tərəfdaş dövlətlərə gəldikdə Avropa İttifaqının fundamental azadlıqlara o cümlədən toplaşma və ifadə azadlığına bəslədiyi yüksək hörməti vurğulamağı arzulayır. Bu, Şərq Tərəfdaşlığının və Azərbaycanla hazırda üzərində danışıqlar aparılan Assosiasiya Razılığının özəyində dayanan dəyərlərdir. Ölkədəki qanun aliliyi bu prinsiplərə hörmət olunmasını, məhkəmələrin siyasi müdaxilə olmadan keçirilməsini və müstəqil vəkillərin maneəsiz işləyə bilməsini təmin etməlidir,” deyə xanım Aşton bildirib.

Avropa İttifaqınn yüksək rütbəli rəsmisi Azərbaycanı ədalətli və şəffaf appelyasiya proseduru aparmağa çağırıb. Katrin Aşton həmçinin vurğulayıb ki, ittifaq ATƏT, Avropa Şurası və Aİ dəyərlərinə əsaslanan demokratik islahatlarda Azərbaycana yardım etməyə hazırdır.

XS
SM
MD
LG