Bulut Ələmdarın sözlərinə görə, İran hakimiyyəti keçmişdə məzhəb siyasəti ilə əksərən şiə məzhəbli olan türk icması ilə sünni məzhəbli türkmənləri bir-birindən uzaqlaşdırmağı qismən bacarmışdı. Lakin Amerikanın Səsinə danışan milli fəal hesab edir ki, bu yaxınlarda Türkmənsəhra bölgəsində baş verən sel fəlakətindən sonra “türklər ilə türkmənlər arasındakı birlik ortaya qoyuldu.”
Your browser doesn’t support HTML5
Son bir neçə həftə ərzində Türkmənsəhra bölgəsi başda olmaqla, İranın 20-dən artıq vilayətində baş verən daşqınlar insanların ölümü, əkin sahələrinin məhvi və minlərlə vətəndaşın evsiz qalmasına yol açıb.
İctimai fəallar və yerli mətbuata görə, “sel fəlakəti İran Azərbaycanı və Qaşqay Elində yaşayan türklər ilə Türkmənsəhrada yaşayan türkmənləri birləşdirib.”
İran dövləti şiə türklər içindən bir kəsim Sepah, polis və ordu qüvvələrini aparıb Türkmənsəhraya və bu qüvvələrdən türkmənlərin demokratik istəklərini basdıqmaqda istifadə edib.Bulut Ələmdar
Bulud Əməmdarın söylədiklərinə görə, “bu gün Türkmənsəhrada baş verən sel fəlakətinin Güney Azərbaycan və ümumiyyətlə İranda türklərin gündəminə oturmasının çeşitli səbəbləri var... İran Azərbaycanı ilə Türkmənsəhra arasında güclü milli və tarixi bağlar mövcud olub.”
GAMOH təşkilatının üzvü deyir, “İran dövlətinin qurumları çox zaman yardımları toplayıb və aparır Suriyada, Livanda və Yəməndə müharibə tərəflərinə verir. Buna görə də, dövlətin qurumlarına etimadı olmadığı üçün millət özü yardımları topladı.”
İran Azərbaycanından Türkmənsəhraya göndərilən bəzi yardımlara İran polisi tərəfindən əl qoyulsa da, Ələmdarın fikrincə, yardım kampaniyaları ümumiyyətlə uğurlu keçib.
SEE ALSO: “Sel fəlakəti İranda türkmənlər və türkləri birləşdirdi”“Bu yardımlar həqiqətən orada sel fəlakətinə məruz qalan insanların əlinə yetişdi. Türkmənlərin tanınmış alimləri və şairlərindən görüntülü mesajlar yayaraq Azərbaycana təşəkkür etdilər və türklər ilə türkmənlər arasında birliyi ortaya qoydular.”
Deyə bilmərik ki biz bir-birimizə düşmən kimi baxırdıq. Sadəcə türklər və türkmənlər arasında güclü işbirliyi yox idi. Bu günə qədər belə davam etmişdi amma son dönəmlərdə vəziyyət dəyişib.
İstanbulda yaşayan fəal İran hakimiyyətinin məzhəb ayrılığından istifadə edərək türk və türkmən icmalarını bir-birindən uzaqlaşdırmağa çalışdığını önə çəkir:
“İran dövləti istər Şah zamanı, istərsə İslam İnqilabından sonra Türkmənsəhra bölgəsində məzhəb ayrılığı yaratmağa çalışsa da, türkmənlər ilə o bölgədəki şiə türklər arasında bir münaqişə eşitməmişik. Kollektiv şəkildə elə bir şey olmayıb.”
O, əlavə edir, “amma dövlət gəlib şiə türklər içindən bir kəsim Sepah, polis və ordu qüvvələrini aparıb Türkmənsəhraya. Dövlət bu qüvvələrdən türkmənlərin demokratik istəklərini, dövlətə qarşı üsyanlarını basdıqmaqda istifadə edib. Bu qüvvələrin çoxunu İran Azərbaycanından aparıb. İnqilabın ilk illərində də türkcə bilən şiə mollaları şiəliyi reklam etmək üçün Türkmənsəhra bölgəsinə göndərirmiş.”
Bulud Ələmdarın dediklərinə görə, İran hakimiyyətlərinin bu siyasəti nəticəsində “Türkmənsəhradakı yerli xalq bizim dildə, bizim ləhcədə danışan Sepah və polis qüvvələrini və mollaları gördükdən sonra bir az uzaq dururdular. Amma deyə bilmərik ki, biz bir-birimizə düşmən kimi baxırdıq. Sadəcə türklər və türkmənlər arasında o güclü işbirliyi ki, ola bilərdi, o işbirliyinə gedə bilmədik. Ki, bu, bu günə qədər belə davam etmişdi, amma son dönəmlərdə fərqlənibdir.”
Əsas məsələ budur ki, İran dövləti və dövlətdə çox güclü olan fars millətçiləri türkmənlərə türk və sünni olduqları üçün ayrı-seçkilik edirlər. Bu səbəbilə biz onların yanında olmağa çalışırıq.Bulud Ələmdar
O, bu icmaların təkrar bir-birinə yaxınlaşmasının, bir yandan hər iki bölgədə milli şüurun yüksəlməsi, digər yandan isə məzhəb siyasətinin əks yöndə nəticə verməsi ilə bağlı olduğunu açıqlayır.
“Son dönəmlərdə milli şüurumuz, türklük şüurumuz yüksəldikcə bir-birimizə yaxınlaşmağa başladıq. Amma başqa bir faktor da var. İran dövləti din və məzhəbi bölgədə münaqişə vasitəsinə çevirdiyi üçün bizi din və məzhəblə əzib, haqlarımızı yediyi üçün məzhəb və din artıq birləşdirici amil olmaqdan çıxdı. Bu səbəb oldu ki, türkmənlər və türklər daha çox yaxınlaşsınlar.”
Bulut Ələmdar İran milli yığmasının məşhur futbolçusu türkmən Sərdar Azmunun iki icmanın yaxınlaşmasında önəmli rol oynadığını təsdiq edir:
“Sərdar Azmun türkmənlər ilə bizim ortaq sevdiyimiz bir şəxsiyyət halına gəldi. Mən onu milli şüura sahib biri olaraq görürəm. Dəfələrlə Traxtor komandasını sevdiyindən söz etmiş. Traxtoru sevən biri Azərbaycanı, türkü, türklüyü sevir. Çünki Traxtor [sadəcə] bir komanda deyil. Oradaki türklərin kimliyinin bir göstəricisidir. Güney Azərbaycanda sorğu keçirilsə, ən çox sevilən idmancı və futbolçu Sərdar Azmun çıxar.”
Bulut Ələmdar əlavə edir, “Güney Azərbaycandakı türklər türkmənlərə sırf bizim soydaşımızdırlar deyə dəstək vermirlər. Əsas məsələ budur ki, İran dövləti və dövlətdə çox güclü olan fars millətçiləri türkmənlərə türk və sünni olduqları üçün ayrı-seçkilik etdikləri səbəbilə biz onların yanında olmağa çalışırıq.”