"İlkin seçkilər demokratların vahid namizədini müəyyən etmək üçün kifayət olmaya bilər"
Your browser doesn’t support HTML5
Vermont ştatından senator Berni Sanders Nevada seçkilərində qələbə çalaraq, Demokrat Partiyasından prezidentliyə namizəd olmaq yolunda digər rəqiblərindən önə keçib. Nevada demokratların üzləşdiyi ən böyük irqi müxtəlifliyə malik ştat idi. İspandillilər və afrikalı amerikalılar ştat əhalisinin əksəriyyətini təşkil etdiyi üçün namizədlərin bu seçkidə necə iştirak edəcəyi çox vacib idi. Harvard universitetinin Kennedi İdarəçilik Məktəbinin magistr məzunu Vüqar Salamlı Amerikanın Səsisnə müsahibəsində ABŞ seçkilərini şərh edib. Vüqar Salamlı bildirib ki, bu il keçirilən seçkilərdə həm namizədlərin sayının çox olması, həm də səslərin proqressiv və mərkəzçilər arasında bölünməsinə görə heç bir namizəd qurultaya qədər lazım olan 1991 deleqat sayını toplamaya bilər.